Qərbi Azərbaycan

Qərbi Zəngəzurun torpaq ehtiyatları...

Olaylar. - 2021.- 17-23 dekabr. - № 127. - S. 17.

 

Qərbi Zəngəzurun torpaq ehtiyatları...

 

 Qismət  Yunusoğlu,

 Bakı Dövlət Universitetinin müəllimi 

 

"1968-ci ilin ali məktəblərə qəbul imtahanlarının keçirildiyi vaxtda Ermənistan Dövlət Zoobaytarlıq institutunda imtahan verərkən qəsdən kəsildiyim üşün Ali və Orta ixtisas təhsili naziri Madoyan soyadlı daşnakın qəbulunda oldum. Şikayətimi dinlədikdən sonra mənə cavabı bu oldu ki, get Vətənində ali təhsil al. Dedim: -Mənim  Vətənim Ermənistandır. Mənim atam Böyük Vətən müharibəsində ölməsəydi cən indi nazir olmazdın..." (Qərbi Azərbaycanın Zəngəzur mahalının Qapan nahiyəsinin Baharlı   kənd sakini Heydər İsmixan oğlu Dünyamalıyevin (1939) söhbətindən).

Oxçuçay (bu çay Zəngəzur dağlıq silsiləsinin şərq yamacındakı Qazangöl yaylaqlarında çağlayan bulaqlarlın suyundan yaranıb, uzunluğu 85 km, Zəngilan rayonu ərazisində, Mincivan qəsəbəsi yaxınlığılnda Araz çayına qovuşur) hövzəsinin münbit və məhsuldar torpaq-əkin sahələri şərqli-qərbli Zəngəzur mahalında qiymətli əkin torpaqları, güllü-çiçəkli yaylaqları, təbii ot örtüyü ilə zəngin örüş-otlaq sahələri... ilə məşhur olmuşdur, bineyi-qədimdən. İstər Arazboyu və dağarası vadilərin (Mehri nahiyəsində, "Gıhı dərəsi"ndə, Sünik düzündə, "Oxtar dərəsi"ndə..), istərsə də, orta və yüksək dağlıq ərazilərdə qədim məskunlaşma və məşğulluq ocaqları mövcud olmuşdur. Yüksək dağlıq qurşaqların subalp və alp çəmənlikləri (yay otlaqları) həm də bölgənin müqəddəs ziyarətgah ocaqları (Xustup, Çimən, Oğlanca, Gəmiqaya, Qırxlar, Qazangöl, Pir Həmzə... dağları)  olmuş, halallıq və bərəkət məhz bu yerlərin İlahi ruhundan qaynaqlanmış, ruhani ruhunda süzülüb qəlblərə hopmuşdur.

Bölgədən keşən qədim "İpək yolu"nun bir qolu da Şuşa-Gorus-Qarakilsə-Biçənək aşırımı-Qazangöl-Qapıcıaq boyunca Naxçıvana, oradan cənubi və qərbi Avropaya qədər uzanmışdır.

Qazangöl dağındakı göllərdə çox "ərköyün" qızıl-ala xallı balıq olur, bu müqəddəs-sakral məkanda onu tutmaq günahdır, əks halda tutan kimi ölür. Bu qiymətli balıq Gığı çayında (uzunluğu 45 km-dir) da yaşayır.

Təsadüfi deyil ki, bölgənin toponimlərinin əksəriyyəti məhz milli-etnik mənşəli olduğu kimi, həm də əski təsərrüfat sahələrinin adı və ünvanı qa milli kökənlidir. Bu doğmalıq eləcə də bir sıra kənd adlarının etnomənşəyi  tərəkəmə elatının köç tarixi ilə, tərəkəmə binələrinin yatağı-yurdu ("Molla yurdu","Qazaxlar yurdu", "Arayatlı yurdu"...) bağlı olmuşdur. Belə ki, Qərbi Zəngəzur mahalının Biçənək aşırımı (2346 m) yaxınlığında yerləşən Ərəfsə kəndinin topo-etno mənşəyi Naxçıvan Muxtar Respubliksaının Culfa nahiyəsinin Ərəfsə kəndi ilə bağlıdır. Kənd camaatının, tərəkəmə tayfalarının aran-yaylaq köçü, binə-yataq ocaqları XVIII əsrdə artıq daimi yaşayış məskəninə çevrilmişdir.

Bu yay otlaqlarının növ tərkibinə görə zəngin təbii ot örtüyü imkan verirdi ki, Qarabağ bölgəsinin də bir sıra təsərrüfatları (Qubadlı, Cəbrayıl, Füzuli... rayonları üzrə) qoyun-davar sürülərini yaylaq dövründə burada saxlasınlar.

Qeyd etmək lazımdır ki, Ərəfsə kəndi Bütöv Azərbaycan hüdudlarında ən qədim əski tarixə malik Türk-Müsəlman ocaqlarından biridir, hələ də tədqiq edilməmiş maddi-mədəni irsə malikdir.  1974-cü ildə güclü sel  zamanı Biçənək aşırımını  şərq yamaclarından, qədim yurd-qəbirstanlıq yerlərindən qoç təsvirli və  yazılı qəbir daşı Ərəfsə kəndinə qədər axınla  gətirilmişdir (10-12 km məsafədə). Əski Türk-Müsəlman mədəniyyətinin bu maddi irs nümunəsi qısa müddətdə Qarakilsə nahiyəsinə aparılaraq hay kilsəsinə təhvil verildi.

Orta və yüksək dağlıq hissədə (1500-2000 m) yerləşən Ərəfsə, Comərdli, Ortadüz... kəndlərinin təbii-coğrafi şəraiti, geomorfoloji və torpaq-landşaft örtüyü zəngin olmaqla yanaşı, dağ-qəhvəyi, qonur-şabalıdı və şabalıdı, dağ-çəmən və torflu-çəmən torpaq tiplərinin münbitliyi və məhsuldarlığı (əkin-otlaq təyinatına görə) baxımından qiymətli idi. Müalicəvi dərman bitkiləri ilə zəngin meşə landşaftı, suvarma əhəmiyyətli çay şəbəkəsi (Gığı, Əcili, Əfsərli, Kurut, Dəliçay, Salvartı çayı, Xırdaçay...), güllü-çiçəkli yay otlaqları (Qayabaşı yaylağı, Sarıdərə yaylağı, Ağçağıl yaylağı, Qızıl Güney otlağı, Əyridərə yaylağı, Gığı obası, Həqəti yurdu..), saf dağ havası bu zənginliyi daha da artırırdı.

Ümumiyyətlə, bölgənin bütün kəndləri bərəkətli və münbit torpaq sahələri ilə əhatələnmişdi. Kökənli, yerli və sayca üstünlük təşkil edən əhalini kənd təsərrüfatı təyinatlı torpaqlardan məhrum etmək, onları təsərrüfatdan və doğma ocaqlarında uzaqlaşdırmaq niyyəti ilə hay kilsəsi hər cür şeytani əməllərə rəvac verirdi, keçən əsrin 40-50-ci illərindən etibarən.

Mürtəce hay kilsəsi və ibtidai insan-hay sürüsü nəyin bahasına olursa olsun müxtəlif bəhanələrlə Türk-Müsəlman kəndlərinin boşaldılmasına, əkin-örüş yerlərində su anbarlarının tikintisinə, milli dini-irfani ocaqların yerində yol inşasına...başlayır, əski Türk toponimlərinin və ocaqlarının bütövlükdə Qərbi Azərbaycandan silinməsinə çalışırdı, müəyyən dərəcədə istəklərinə nail olurdular..

Tarixi Zəngəzurun Qapan nahiyəsi də bu iyrənc və düşmən niyyətin hədəfində idi. Bu baxımdan Azərbaycan tarixində mühüm yer tutan və məşhur Baharlılar tayfa birliyinin adını yaşadan Baharlı kəndinin yerində, Ərkətən və Daşkəsən dağlarının arasından keçən Gığı çayının qarşısı kəsilərək 1983-cü ildə hay kilsəsinin tikdirdiyi su anbarı ilə bu qədim milli-tarixi yurdumuz yox edildi (eləcə də bu kəndə yaxın Qarabaşlılar yaşayış yeri), əhalisi ayrı-ayrı kəndlərə köçürüldü, yüzillərlə əkilən münbit torpaqları, təbii ot örtüyü kimi yem bazasına malik otlaq-örüş yerləri yerləri  ( "Çala yeri", "Ulu zəmilər", "Göy gədik", "Sağın yeri", "Qızıl Qayalar", "Əmrah zəmisi", "Əliqulu xırmanı"...) su altında qaldı. Baharlı kəndinin min illik tarixə malik qala divarları, qədim qəbirstanlıqları, dini-ibadət ocağı, 1905-1906-cı  və 1918-1920-ci illərdə hay-daşnak quldurlarının bu kənddə (o vaxt 70-80 ev olub) törətdikləri soyqırım faciələrinə şahid olan evlər, həyətlər.. də  su altında qalaraq "boğuldu".

Qərbi Zəngəzurda torpaq ehtiyatlarının dəyəri-mənimsənilməsi həm minilliklərlə ölçülən yaşayış məskənlərinin qədim məskunlaşma tarixi ilə, həm geniş sərhədlərə malik Türk-Müsəlman dünyasının coğrafiyası ilə bağlı beynəlxalq əhəmiyyətli iqtisadi-ticarət yolunun üstündə olması ilə, həm də bütün dövrlərdə barışmaz-mürtəce, birləşmiş düşmən qüvvələrinin hədəfində olduğu üçün... əhəmiyyətli olmuşdur.

Bölgədə zəngin filiz faydalı qazıntı yataqlarının uzun əsrlərlə istismar edilməsi, metal emalı nəticəsində əmək alətlərinin və təsərrüfat vasitələrinin (oraq, dəryaz, xış, kotan, vəl...) hazırlanması kənd təsərrüfatında əkinçiliyin inkişafına təsir etmişdir. Nahiyənin Yuxarı Gilətağ kəndində minillərlə bu məqsədlə (eləcə də silah-sursat hazırlanmasında) istifadə edilmiş metal tullantıları kəndin gün çıxanında, 300 m aralıdakı "Dəmir zibilliyi"ndə toplanıb qalmışdı.

Yuxarı Gilətağ kəndinin əhalisi 25 km məsafədə olan Çimən dağının yaylaqlarından örüş-otlaq, biçənək, bu dağın yamaclarından qaynayan bulaqların (Qazmayurd bulağı, Sınıqdaş bulağı, Sarı çeşmələr...) suyundan təsərrüfat və həyətyanı sahələrdə istifadə edirdilər. Qazmayurd bulağı Yuxarı Gilətağ kəndinə axırdı, Sınıqdaş bulağı və Sarı çeşmələr birləşib Açağu kəndi yaxınlığında birləşib şəlalə ("Şır-şır", 100 m) əmələ gətirmişdi, ceviz  ağacları ilə örtülü "Ahu qozu meşəsi"nə tökülürdü, bu kənd məşhur "Armudlu meşəsi"nin güneyində salınmışdır.

1970-ci illərdə hay-daşnak sürüsü bu meşəlıkdə sanatoruya-istirahət mərkəzi tikdi.

Zəngəzur bölgəsinin ağac cinsləri ilə zəngin (vələs (ulas), vən, cökə, qarağac, ağcaqayın...) meşələrində bitən palıdın enli yarpağlarını yığıb qışda ota qatıb mal-heyvana verilirdi. Qurd xəstəliyindən əziyyət çəkənlər ayıgilası ağacının  acı gilas meyvəsinin əzib suyunu içdikdə sağalırdı.

1965-ci ildən sonra Yuxarı və Aşağı Gilətağ kəndləri qoyunçuluq təsərrüfatı ilə məşğul oldu, yay otlaqları kimi həmişə dumana, çənə-çiskinə bürünən Oğlanca dağında (ən uca zirvəsi Çıraqbalı dağı, bu orotoponim "sıldırım qayalıqlarda vəhşi bal arıları yuva saldığından, zirvə axşamlar çıraq kimi işıq saçdığı" mənasındadır, hava aydın olanda bu ucalıqdan Qarabağ vulkanik yaylası aydın görünür) Daşbaşı yurdu istifadə olunurdu. Kəndlərin yaxınlığındakı Ağcagüllər yalı, Qurdlu çeşmənin üstü, Göyyal çəmənliyi... də örüş yerləri idi.

"Gığı dərəsi" və "Oxtar dərəsi" (Oğlanca dağından Bazarçayadək uzanır) hövzələrinə aid olan kəndlərin (...Şabadin, Oxtar, Çobanlı, Hünnüt, Darvuz, Paşakənd...) məhsuldar torpaqlarının (qonur-qəhvəyi, qonur-şabalıdı, dağ  meşə...tiplərinin) münbitliyi nəticəsində (həm də suvarma ilə) yüksək miqdarda taxıl, yem bitkiləri, bostan-tərəvəz, tütün becərilirdi, meyvə bağlarından bol məhsul yığılırdı, meşələri sıx və bərəkətli idi.

Kurut kəndinin dağ-qəhvəyi və şabalıdı torpaqlarında kartof yetişdirilirdi, "Tüklü meşə"nin ətəklərində taxıl əkilirdi.

"Gığı dərəsi" hövzəsində Qapıcıq zirvəsi ilə Gərd kəndi arasında "Arpalıq kövşəni"ndə (25-30 hektar sahədə) kartof, taxıl əkilir, bostan-tərəvəz sahəsi tuturdu (torpaqları dağ-şabalıdı tip idi), bir sıra yaylaqlar (Şirin baldırğanlıq, Qırxbulaq yaylağı, Yağlı dərə yaylağı, Güneyyurd yaylağı...) göz oxşayırdı (çimli dağ-çəmən, torflu dağ-çəmən torpaqlarında).

Suvarma məqsədilə Arpalıq çayının (Gığı çayının qoli) suyundan istifadə olunurdu. Təkcə Gığı təsərrüfatının 15 min başdan çox xırda buynuzlu davarı var idi, hər briqadaya 400 baş təhkim olunurdu. Bu təsərrüfata uzun müddət qabaqcıl rəhbər Cavanşir Alıqulu oğlu Əfəndiyev (1928-1992) başçılıq etmişdir. Onun hay-daşnak mənşəli və xislətli dövlət məmurları ilə mübarizəsi haqqında dəyərli bilgilər hələ də yaddaşlarda qalmaqdadır.

Yay dövründə Xustup dağının "Kiçik çayarası yaylağı"na sürülürdü heyvanlar, bu yaylaqlara Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından da tərəkəmə elatı gəlirdi.

   R.S. Mürtəce və dinsiz hay kilsəsi tərəfindən Qafan nahiyəsinin Zeyvə kəndi - "David bəy", Aşağı Gödəkli kəndi - "Arstavanik", Qarakilsə nahiyəsinin Comərdli kəndi - "Tanaat"... adlanıb.

(Yazının hazırlanmasında həm də Qərbi Zəngəzur bölgəsinin Qapan nahiyəsinin Yuxarı Gilətağ və Müsəlləm kənd sakinləri Famil Mustafa oğlu Bəbirovun (1936), Yusif İmran oğlu Muxtarovun (1941), Sabir Hilal oğlu Hüseynovun (1951) və Qarakilsə nahiyəsinin Ərəfsə kənd sakini Akif Umud oğlu Quliyevin (1954) məlumatlarından istifadə edilmişdir.)