






Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlılarının yaşadığı coğrafi məkan nəzərdə tutulur. Bu gün Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixin müxtəlif dövrlərində Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və çar Rusiyası dövlətlərinin ərazisinə daxil olmuşdur. Tarixdə ilk erməni dövləti yalnız 1918-ci ildə Cənubi Qafqazda tarixi Azərbaycan torpağında yaranmışdır.
