Balıqlı məscidi
XIX əsrdə Qərbi Azərbaycanın Ağbaba mahalının (sonradan Amasiya rayonu) Oxçoğlu, Güllübulaq, Qaraçanta, Göllü kəndlərində inşa edilən məscidlərdən Sovet hakimiyyətinin 1930-cu illərindən etibarən kolxoz və sovxozların anbarları kimi istifadə edilmişdir. Digər kəndlərdəki məscidlər isə yer üzündən silinmişdir.
Rəngli fotoları son axtlar əldə edilən Balıqlı kəndindəki məscid XIX əsrin sonlarında inşa edilmişdir. Arpa gölünün sahilində yerləşən Balıqlı kəndindəki məscid ququlusuna görə fərqli arxitekturaya malikdir. Məscidin divarlarının tikintisində dördkünc kəsilmiş ağ, boz, göy və qırmızı daşlardan istifadə edilib. Uzunluğu təqribən 10 metr, eni 5 metrdir. Ev memarlığı üslubunda və müasir qaydada tikilib. Arxa sağ və sol tərəfdə yuxarı hissədə oval iki pəncərəsi vardır. Qabaq tərəfdə isə bir pəncərə və geniş giriş qapısı qoyulub. İçəri və bayırdakı pəncərənin altında tünd sarı mərmər daşlar qoyulub. Məsciin kitabəsi içəridə, qoşa pəncərələrin arasındakı divarda yerləşdirilib. Lakin hazırda kitabə oxunmaz hala salınıb. Divarları çat-çat olmuş məscid hazırda yarıdağılmış vəziyyətdədir.
Balıqlının azərbaycanlı əhalisi 1988-1989-cu illərdə Ermənistandan deportasiya edilmişlər.
Ermənistan parlamentinin 03.04.1991-ci il tarixli qərarına əsasən Balıqlı kəndi "Zorakert" adlandırılıb.
