Qərbi Azərbaycan

Saleh Güllicinski

Saleh Güllicinski

Saleh Məşədi Teymur oğlu Güllicinski 1899-сu ildə İrəvanda, İrəvanın sayılan ailərindən olan Məşədi Teymurla Leyli xanımın ailəsində anadan olmuşdur.

İrəvandakı Puşkin adına şəhər məktəbini bitirmişdir. 1916-cı ildə İrəvan Müəllimlər Seminariyasının məzunu olub. 

Ermənistan Fövqaladə Komisiyasının ilk müstəntiqlərindən olmuşdur. İrəvanda yaradılmış ilk partiya təşkilatının üzvlərindən biri olan Saleh Güllücinski 1921 - ci ilin əvvəllərində Vedi rayon Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsinə göndərilir.

1922-ci ildə Vedi rayon icrayyə komitəsinin sədri vəzifəsində çalışmışdır.

1922-ci ilin sonlarında Tiflisə. Zaqafqaziya Universitetinə təhsilini davam etməyə göndərilir.

Saleh Güllücinski ictimai xadim, 1937- ci ildə  Azərb.K(b)P MK yanında Kənd Təsərrüfatı Məktəbinin rektoru olmuşdur.

Saleh Güllücinski 1930 -1937 ci illərdə Azərbaycan KP MK yanında Partiya məktəbinin rektoru, Gəncədə Kənd Təssərüfatı Məktəbinin rektoru, Qasım İsmayılov rayonu  MTS (MaşınTraktor Stansiyasında siyasi şöbə rəsi vəzifələrində çalışmış, 1937-ci ildə Zaqafqaziyada ilk Lenin ordeni ilə təltif olunur. 1938-ci ildə repressiya qurbanı olmuşdur.