Urud körpüsü
Urud körpüsü Zəngəzur mahalının Qarakilsə nahiyəsinin Urud kəndində XIX əsrə aid memarlıq abidəsidir. Bazarçayın sağ və sol sahilini birləşdirən bu birtağlı körpünün üzərindəki kitabədə 1849-cu ildə inşa olunması qeyd edilmişdir. Körpü hər iki tərəfdən möhkəm bazalt qayanın üzərində çay daşı və yonulmuş qayalarla əhəng və qumla tikilmişdir. Yerli sakinlərin söylədiyinə görə, körpünün tikintisinə yüz min yumurta işlənmişdir.
