Qərbi Azərbaycan

Məhəmməd Sərtib xan məscidi

Məhəmməd Sərtib xan məscidi

Şəhərin Dəmirbulaq məhəlləsində Məhəmməd Sərtib xan tərəfindən XIX əsrdə inşa edilmişdir. Məhəmməd Sərtib xan İrəvanın 1827-ci ildə Rusiya tərəfindən işğalından sonra şəhər idarəetmə sistemində azərbaycanlıları təmsil etmişdir. Sərtib xan məscidi indiki Xaçik Daştens adına 114 saylı məktəbin həyətində, Hanrapetutyan 73 ünvanında yerləşib. Məscidin kisik minarəsi olmuşdur. Mədrəsəsi ilə birlikdə böyük kompleks təşkil edirdi. Mədrəsəsi hazırda Vardanans küçəsi 19 ünvanında yerləşir. Sərtib xan məscidi 1958-ci ildə erməni vandalları tərəfindən yer üzündən silinib.