Nuri paşanın Zəngəzurdan raportu
Türküstan.-2021.-4-10 may.-№17.-S.12.
Nuri paşanın Zəngəzurdan raportu
Ötən ilin noyabr ayında Türkiyədə “Askeri TarihBelgeleri” adlı jurnalın “Qafqaz İslamOrdusu. Azərbaycanhərəkatı” adlı xüsusiburaxılışı dərcolundu. 500-dən çoxsəhifəsi olan topluda Qafqazİslam Ordusuilə bağlı hərbiraportlar dərc edilib. Nuri paşanıngöndərdiyi bu raportların nəşri odövrdə Zəngəzurda, Qarabağda, Bakıdakı vəziyyətianlamağımız üçün önəmliqaynaqdır.
1918-ci ilmayın 19-da Qafqazadaxil olan Nuri paşa Zəngəzurdan göndərdiyi şifrəliməktubunda bölgə ilə bağlı ilkraportunu hazırlayıb. O, Qafqazdakı vəziyyətibu şəkildə izahedib: “DünənQafqaza daxil oldum. Yaxşı qarşılandıq. Qarabağdakı yarımmilyon əhalinin 45 faiziermənidir. Ermənilərkamilən silahlanmışlar, əsgəritəşkilatları, elmivəsaitləri vardır. Mühümyolları təhkim, bəzikəndlər arasında telefon əlaqəsitəsis ediblər. Müsəlmanlarınancaq iki faizi silanlanmışdır. Özaralarında qətllər olur. Ermənilərvəziyyətə hakimdirlər. Ermənilər 15-ə qədərmüsəlman kəndini dağıdıblar. İngilisordusunun imdadlarına yetişəcəklərinə qanedirlər”.
Məktubdan da aydın olduğu kimi, Anadoludan gələn çetelər, eləcə də Qarabağa köçürülmüş ermənilər 1918-ci ildə artıq Bakıdakı kimi silahlı hərbi dəstələr qurub, bir çox müsəlman kəndlərini dağıdıb, ingilislərin dəstəyini gözləyiblər. Məktubun davamında Nuri paşa silahlı birliklərin formalaşması üçün çoxlu pula ehtiyacı olduğunu və qərargahını Nuxa şəhərində quracağını bildirib. Təəssüf ki, azərbaycanlıların Qarabağda cüzi qisminin silahlı olduğunu və öz aralarında da qarşıdurmalar yaşandığını qeyd edib. Azərbaycan türklərinin Çar Rusiyası dövründə hərbi xidmətə aparılmamalarının ziyanlı tərəfi burada da özünü aşkar göstərib.
Mayın axırında göndərdiyi digər bir raportunda Nuri paşa Qafqazın daxilində hər yerdə müsəlmanlardan böyük hüsni-qəbul gördüyünü qeyd edib. Müsəlmanların Cənubi-Qərbi Qafqaz hökumətinə əhəmiyyət vermədiyini yazan Nuri paşa erməni fitnəsi ilə bağlı tədbir görülməsini lazım bilib: “Müsəlmanlar arasında ittifaqı təmin edərək, anarxiyanı aradan qaldıraraq erməniləri təhdid edə biləcək bir qüvvətin təşkilini lazım görürəm. Bu məqsədlə keçdiyim beş qəzada bir zabit qoyaraq əsgəri təşkilatları qurmağa başladım”. Bu raportda Nuri paşanın ordusunun az olmasının yerli əhalini məyus etdiyi qeyd olunub. Görünür, Nuri paşa əvvəlcə az bir ordu ilə yola düşüb, ardınca qoşunun davamı gəlib. Paşa da əhaliyə bu şəkildə söyləyib.
İyun ayının 12-də Nuri paşa Gəncədəki erməni taboruna gün batımından iki saatöncəyə qədər silahı yerə qoymalarını bildirib, belə olan təqdirdə onların əhalidən hesab olunacaqlarını, sərbəst qalacaqlarını qeyd edib.
Çünki Nuri paşanın Qafqazda olarkən ənçox ehtiyat etdiyi məsələ Gəncə və Qarabağdakı silahlı ermənilərin Bakıdakı bolşevik hökumətinə dəstək verməsi idi. Ona görə də Gəncədən göndərdiyi raportda açıq şəkildə yazıb: “Gəncə və Qarabağ tərəflərində yaşayan ermənilər bolşevik hərəkatında iştirak edərlərsə, vəziyyətimizin çox vahiməli olacağı və yüz minlərlə müsəlmanın qanının töküləcəyi mütləqdir”.
Bakının azad olunmasından sonra da erməni məsələsi Nuri paşanın diqqətində olub. 1918-ci il oktyabrın 8-də Tiflisdəki Osmanlı mürəxxəsi Əbdülkərim paşaya göndərdiyi raportda yazıb: “Qarabağda birliyimiz Xankəndi istiqamətində yürüməkdədir. Şuşa və Gəncə civarındakı erməni kəndləri silahlarını təslim etməkdədirlər”.
Oktyabrın 9-da Nuripaşanın göndərdiyi digər bir raportda Şuşanınazad edilməsindən bəhs edilib: “8/10/1918 saat 9.30-da Şuşaqəsəbəsi müharibəsiz azad edilmişdir. Əhali əsgəri bayraqlarla qarşılamışdır. Gorusun 35 kilometr şimalındakı Mişkəndə irəliləməkistəyən bir qism erməni qüvvəti milislərimiz tərəfindən qovulmuşdur”.
Topluda maraqlı sənədlərdənbiri Azərbaycanın Baş naziri Fətəlixan Xoyskinin 19 sentyabrda Nuripaşaya göndərdiyi teleqramdır. Fətəlixan Türk ordusunu bu şəkildə mədhedib:
“Komandanlığınız altında olan cəsur Türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati həmiyyətpərvəranələrinizə və dünyanın ən cəsur və ən nəcib əsgəri olan Türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm, əfəndim”.
Topluda həmçinin Fətəli xanın imzaladığı Azərbaycan Cümhuriyyətinin müvəqqəti hərbi qanununun geniş mətni dərc olunub.
