Qərbi Azərbaycan

Karvansaralar

Orta əsrlərdə karvansaralar əsasən şəhərlərdə və karvan yollarının üzərində yerləşirdi. Şərqlə Qərbi birləşdirən İpək yolunun bir qolu da Qərbi Azərbaycandan keçirdi. Əsas İpək yolu Təbriz-Naxçıvan-Divin (Dəbil)-Talın-Ani-Qars-Ərzurum üzərindən Qara dənizə çıxırdı. Digər karvan yolları isə Tiflis və Zəngəzur üzərindən keçirdi. Karvansaralar beynəlxalq ticarətin inkişafında mühüm rol oynadılar.

Karvansaralar karvanların dayanacaq yeri olmaqla bərabər, ticarət yolları şəbəkəsi üzrə alver, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Tacirlər karvansaralardan həm mehmanxana, həm də onun anbarlarından yüklərinin saxlanılması üçün istifadə edirdilər. Bəzi karvansaraların tövlələri də olurdu ki, yükdaşıyan heyvanlar orada saxlanılırdı.

Qərbi Azərbaycan ərazisində çoxlu karvansaralar mövcud olmuşdur. İrəvan şəhərindəki və regionlardakı Səlim, Çırpılı, Sınıq və s. karvansaralar haqqında tarixi ədəbiyyatda məlumatlar mövcuddur.