Qərbi Azərbaycan

1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü

EURO Xəbər.-2011.-11-29 mart, 31 mart-12 aprel.-№5, 6.-S.8.

 

1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü

 

Tofiq Həsənov

Tarix elmləri üzrə fəlsəfə doktoru

 

Erməni daşnak silahlı dəstələri Şuşa şəhəri və Ağdam bölgəsinin türk-müsəlmanları tərəfindən ağır məğlubiyyətə uğrayaraq sarsıldılar. Onlar özlərinin siyasi vəziyyətlərini düzəltmək üçün Gəncə quberniyasının Zəngəzur qəzasını özlərinə yeni siyasi və hərbi fəaliyyət meydanı seçərək Abaran, Aleksandropol bölgələrindən Zəngəzura silahlı dəstələr və hərbi sursat toplamağa başladılar. Ermənilər Zəngəzura silah daşımaq üçün Şuşa şəhərini münasib saymırdılar. Ermənilərin Qarabağ torpaqlarında aldıqları hərbi məğlubiyyətdən sonra ora odlu silah göndərmək və onu Zəngəzura daşımaq asan məsələ deyildi. Ona görə ki, erməni silahlılarının qarşısına çıxaraq onların fitnə-fəsadlarının qarşısını alan, şücaət və igidliyi qanında olan Şuşanın və Qarabağın qəhrəman türk-müsəlman əhalisi erməni daşnaklarını cəzalandırmaqdan əsla çəkinmirdilər.

1905-1906-cı illərdə Şuşa şəhərinin türk-müsəlman əhalisinə qarşı ermənilərin təcavüzü iki dəfə ağır məğlubiyyətə uğradı. Şuşa şəhərindəki ağır məğlubiyyətin əvəzini çıxmaq məqsədilə erməni silahlıları Zəngəzur qəzasının türk-müsəlman əhalisinə qarşı təcavüzə başladılar. Ermənilər Cavanşir və Cəbrayıl qəzalarına dağılmış silahlı dəstələrini bərpa edib Qafan mis mədənlərilə məşhur olan Qatar kəndi yaxınlığında yerləşən Barabatum və Çəkədək adlı erməni kəndlərində topladılar. Erməni daşnaklarının məqsədi Qafan və Gorusdan Naxçıvana kimi olan yol boyunca Zəngəzur qəzasında yerləşən türk-müsəlman kəndlərini dağıtmaqla, erməni silahlı dəstələrinin döyüş vaxtı arxayın və təhlükəsiz hərəkətini təmin etmək olmuşdur.

Zəngəzura erməni daşnaklarının silah və sursat daşımaları üçün ən əlverişli yol İrəvandan idi. İrəvandan Zəngəzura kimi olan yol boyunca erməni nüfuzunun XIX əsrin əvvəllərindən XX əsrin başlanğıcına kimi qismən artırılmasına çar Rusiyasının hakim dairələri müvəffəq olmuşdursa da, bu, kifayət etmirdi. Buna görə də hərbi əhəmiyyəti olan dağ keçidlərində «yol üstündə yerləşmiş müsəlman kəndlərinə təzyiq etmək üçün erməni silahlı dəstələrinə qəti olaraq əmr və göstəriş verməkdə idilər. Bundan sonra İrəvandan Zəngəzura erməni hərbi dəstələrinin hərəkət etməsi üçün təşəbbüsə keçən erməni daşnak silahlıları türk-müsəlman əhalisi yaşayan kəndlərə hücumlar edərək bir çox kəndləri dağıtdılar. Xanlıqlar, İtqıranlar darmadağın olundu. Naxçıvan mahalının Cəhri faciəsi qəflətən baş verdi. Dağ keçidlərindən Zəngəzura aşmaq üçün Dirlis, Unus, Pəzməri adlı türk – müsəlman kəndlərini dağıda bilməyib onları yalnız mənəvi sarsıntıya məruz qoydular. Coğrafi baxımdan hərbi əhəmiyyət daşıyan Oxçu, Səbədək, Purdavud, Atqız kəndlərinin türk-müsəlman əhalisi cəsur və şücaətli, igid insanlar olmaları və bir-birlərini tutmaları nankor erməniləri dəhşətə salırdı. Bu kəndlər Zəngəzur bölgəsinin açarı sayılırdı. Erməni daşnaklarının Aleksandropol, İrəvan, Abaran və Suragüldən gətirilmiş silahlı dəstələri Ağulis, Kəlağı, Dəmqurd kəndlərində yerləşdirildi. Ermənilər Oxçu-Şəbədək döyüşlərinə hazırlaşırdılar. Şuşada məğlub olmuş və Ağdam bölgəsinə yaxın olan Dağlıq Qarabağın erməni kəndlərində mənəvi qüvvəsi sarsıdılmış erməni silahlılarının hərbi ehtiyatları təmin olunaraq mis mədənləri yerləşən Qatar kəndi tərəfə göndərilirdi. Onlar da Oxçu kəndinə erməni hücumu olduqda kömək etməkdən çəkinmirdilər. Qarabağdan gətirilmiş erməni hərbi dəstələri 1906-cı il iyul ayının 20-də mis mədənləri ətrafına yığılaraq Aram Nehrəmov adlı erməniyə tapşırılmışdı. Beləliklə, erməni əsgərləri iki mühüm nöqtəyə, birisi mis mədəni ətrafında, digəri Ordubadın dörd-beş verstliyində yerləşən Ağulis və ətraf erməni kəndlərində yerləşdirilirdi.

1906-cı il iyul ayının 29-da erməni Mirzə Aram Nehrəmovun fitnəsi ilə Ulxu elinin Qaraçəmən kəndinin nücaba bəyzadələrindən olan Camal bəyin xidmətçisi Səfiyar bəyin daşnaksütun partiyasının silahlı qatilləri tərəfindən Mədən bazarında öldürülməsi yerli türk-müsəlman əhalisinin qəzəbinə səbəb oldu. Mədən bazarına hücum çəkən camaat bir erməni öldürüb və bir boş mis mədənini yandırırlar. Dərhal erməni silahlı dəstələri bazara hücum edərək türklərin dükan-bazarını talayıb odlayırlar. Malları qarət olunmuş və dükanları yandırılmış Ordubad tacirləri Qatar kəndinə qaçırlar. Ermənilər Mədən bazarını qarət edib dağıtdıqdan sonra Oxçu-Şəbədək enişlərinə gəlib çatan altı nəfərlik atlı dəstəni qətlə yetirirlər.

1906-cı il iyul ayının 29-da günorta saat on ikidə beş min nəfərlik erməni silahlıları Karxana adlı türk kəndinə hücuma keçirlər. Karxana kəndinin əhalisi beş min nəfər tərəfindən açılan atəşə tab gətirməyib dağ-daşa, kolluqlara dağılmağa məcbur olurlar. Kəndin ətrafında olan qayalıq bir yerdə, qaya arxasında otuza qədər qadın-uşaq və qoca kişi gizlənmişdilər. Ermənilər tərəfindən öldürülmüş Tahir adlı Ordubad tacirinin Pakizə adlı həyat yoldaşı və Füruzə adlı südəmər körpə qızı da bu otuz nəfərlə birlikdə idi. Körpə Füruzə güllə səslərindən qorxaraq ağlayır. Cocuğun ağlamaq səsini eşidib gələn ermənilər qaya arxasında gizlənənlərin hamısını öldürürlər. 1906-cı il iyulun 29-da Karxana əhalisini tamamilə qırdıqdan sonra saat üçdən başlayaraq erməni silahlıları türklər yaşayan Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərini dağıdırlar. Bu kəndlərin salamat qalan əhalisi Qatar kəndinə pənah aparırlar. 1906-cı il avqust ayının 1-də saat on ikidə Qatar kəndini mühasirəyə alan erməni silahlıları atəşə başlayırlar. Şiddətli atəş vaxtı pristav Saxarovun yanında olan bir ləzgi keşikçi «Cənab pristav sizdə heç rəhm-mürvət yoxdurmu? Siz baxırsınız islamları gülləbaran edirlər. Olmazmı ki, kəndin kənarında olan kazaklara buyurasan, islamları mühafizə etsinlər» – dedikdə pristav Saxarov «mən müsəlmanları mühafizə edə bilmərəm. Görmürsən ermənilər necə canalıcı güllə atırlar?» – cavabını vermişdir. Qatar kəndinin əhalisinin mətin müqaviməti erməniləri hücum edib kəndi viran qoymaqdan çəkindirirdi. Ermənilər yerli türk əhalisinin hərbi qüvvələrindən xəbərdar olmadıqlarından hücum etməyə cürət etmirdilər. Pristav Saxarov ermənilərlə əlbir hərəkət edərək Qatar kəndində olan yerli qüvvələri öyrənmək üçün ora əlli kazak və bir onbaşı göndərdi. Kazaklar kəndin hər tərəfinə yayılıb əhalinin əksəriyyətinin silahlı olduğunu öyrəndikdən sonra Saxarovun yanına qayıtdılar. Qatar kəndinə dolmuş bəzi köçəri qəbilələrin (tərəkəmələrin) ağsaqqalları hökumət mühafizəsi ilə camaatını götürüb getməsini Saxarova sifariş etsə də, onlara kənddən çıxmağa heç bir kömək olmadı. Milliyyətcə rus olan pristav Saxarov köçəri tayfaların camaatını da Qatar kəndində qalıb erməni silahlıları tərəfindən qətl olunmalarını məqsədə uyğun sayırdı.

Kazaklar Qatar kəndində olan hazırlığı ermənilərə xəbər verdikdən sonra türk silahlılarının mövqelərinə şiddətli hücum başlanır. Pristav Saxarov sülh vasitəçisini götürüb kazak dəstələri ilə Barabatum adlanan erməni kəndinə çəkilir. Pristavın əmri ilə Qatar əhalisinin şikayətlərini hökumətə çatdıran Mədən bazarındakı poçt idarəsini də özünün kazak dəstəsi ilə yerləşdiyi Barabatum kəndinə köçürdür. Beləliklə, rus dövləti idarələrinin hərtərəfli köməkliyi sayəsində Qatar kəndində olan türk camaatı hər tərəfdən ümidləri kəsilərək erməni silahlılarının mühasirəsində qalır. Mühasirədə iştirak edən erməni silahlılarının sayı səkkiz min nəfərə çatdırılmışdı. Qatarın mühasirədə olan əhalisi Zəngilan bölgəsinin ağsaqqallarına məktub göndərib kömək istəsələr də onlara kömək etmək mümkün olmadı. Erməni silahlıları Qatar kəndini doqquz gün atəşə tutdular. Mühasirədə olan yerli və köçəri türklərin igidliyi və şücaəti sayəsində ermənilər kəndi tuta bilmədilər. Kənd camaatına ən güclü və ağır zərbəni Məlik Arazyanın mis mədənlərində işləyən iranlı müsəlman fəhlələr vurdular. Bu alçaqlar arxalarında neft, dinamit daşıyıb «ya Əli» çığıraraq Qatar kəndinə girdikdə «müsəlmanlar bizə sursat daşıyır» deyə düşünən türk-müsəlman müdafiəçiləri onları kəndə buraxırlar. Satqınlar isə arxalarında gətirdikləri nefti kənddəki damlara vurub yandırır, dinamitləri daş binalara qoyub partladırdılar. Bu davada ermənilərə iranlı fəhlələr ürəkdən yardım edirdilər.

İranlı fəhlələrin rəisi, əslən Cənubi Azərbaycanın Qaradağ vilayətindən olan Süleyman adlı bir nəfər ermənilərə çox köməklik etmişdir. 1906-cı il avqust ayının 8-də günorta saat on ikidə ermənilər hər tərəfdən kəndə yaxınlaşıb hücuma keçmək istədikdə türk silahlıları səngərlərdən çıxıb ermənilərin üzərinə hücuma keçirlər. Döyüş axşama kimi davam edir. Ermənilər böyük itki verərək geri çəkilirlər. Avqust ayının 9-u gecəsi Qatar kəndini müdafiə edən qüvvələr səhlənkarlıq edərək arxayınlaşıb evlərinə çəkilib dincəlirdilər. Ermənilər bundan istifadə edərək Qatar kəndi ətrafındakı mühüm mövqeləri ələ keçirirlər. Bu mövqelərin ermənilərin əlinə keçməsi Qatar əhalisinin məğlubiyyəti ilə nəticələnir. Səhərə az qalmış ermənilər rus kazakları və iranlı fəhlələrlə birgə ələ keçirdikləri mövqelərdən kəndi şiddətli atəşə tuturlar. Az sonra Erməni silahlı dəstələri Qatar kəndinə dörd tərəfdən hücuma keçirlər. Hər dəstənin qabağında bir qədər iranlı fəhlə aşkarcasına neft və dinamit daşıyaraq Qatar kəndi əhalisinin evlərinə od vurur və partladırlar. Səhərdən axşama kimi gedən qanlı döyüşdə kənd büsbütün yansa da əhali kəndi tərk etmir.

Ermənilərə qarşı müqavimətdə böyük qüvvə olan Qarabağın tərəkəmə camaatı Qatar kəndini tərk etdikdən sonra yerli əhali öz yurdlarında qalmağın qeyri mümkün olduğunu qət edərək, alaqaranlıqda ailələrini götürüb Kəlləbağ kəndinə çəkilirlər. 1906-cı il iyul ayının 29-dan başlayan erməni silahlılarının təcavüzü avqust ayının 9-da Zəngəzurun Qatar kəndinin türk əhalisinin öz doğma ata-baba yurdlarını tərk etmələri ilə nəticələnir.

Ermənilər bu vəhşiliklərin arxasınca döyüş sursatı tədarükü görərək öz hərbi dəstələrini gücləndirərək Oxsu, Şəbədək, Purdavud, Atqız kəndlərinə qarşı hücuma hazırlaşırlar. Ermənilər əsasən Rusiya və Fransada istehsal edilən müasir silahlarla təchiz olunurdular. Ermənilər Rusiya imperialistləri, onların hərbi birləşmələri tərəfindən himayə olunur və hər hansı bir çətin vəziyyətə düşərkən müdafiə edilirdilər. Rus dövlətinin Cənubi Qafqazın türk əhalisinə qarşı olan bu qeyri-insani münasibəti erməniləri daha da həyasız və alçaq işlər törətməyə ruhlandırırdı. Ermənilər törətdikləri vəhşi hərəkətlərə görə heç kimdən qorxub çəkinmirdilər.

1906-cı il avqust ayının 4-də Ağulisdə toplanmış erməni silahlı dəstəsinin başçısı Aşot öz quldur dəstəsini Panuslu-Girdikan kəndlərinə toplamaq əmri alır. Avqust ayının 7-də Ağulisdən hərəkət edən, 8-də isə Qatarda mədən ətrafında toplanmış erməni silahlı dəstələri Panuslu kəndinə çata bildilər. Hər iki erməni daşnak hərbi hissələri Ramuk erməni kəndində bir yerə toplanaraq ehtiyaclarını yoxladılar. Onlar 1906-cı il avqust ayının 9-da türk-müsəlman əhalisi yaşayan Oxçu, Şəbədək, Purdavud, Atqız kəndlərinin əhalisinin xəbərsiz olduqlarından onların ətrafında olan yüksəkliklərdə yerləşərək istehkamlar qurdular. Erməni silahlı dəstələrinin Rusiya dövlətinin hərbi bayraqlarından istifadə etmələrinə görə yerli türk-müsəlman əhalisi onları «hökumət qoşunu» olduğunu zənn edirlər. Kəndlilər səngər quranlara tərəf gedib onların kim olduğunu öyrənərkən ermənilər tərəfindən atəşə tutulurlar. Əhali silahlanaraq ermənilərə qarşı döyüşməyə başladılar. Oxçu kəndinin türk-müsəlman silahlıları dörd gün ermənilərlə vuruşub onları məğlub edib Gicəvan adlı erməni kəndinə çəkinməyə məcbur edirlər. Erməniləri təqib edən Oxçu kəndinin silahlıları bir gün axşama kimi şiddətli döyüş edib ermənilərin sığındığı Gicəvan kəndini ələ keçirib dağıtdılar.

Ermənilər gecə vaxtı qüvvələr gətirərək Panuslu, Girdəkan və Gicəlan kəndləri ətrafında mövqe tutaraq Oxçu-Şəbədək dağlarını işğal edirlər. Dörd gün olan döyüşdə hərbi sursatı azalmış və yorğun düşmüş türk-müsəlman könüllüləri Molla Həsən Əfəndinin evində yığılıb vəziyyəti müzakirə edib Saqqarsuya çəkinməyi məsləhət bildilər. Onlar Saqqarsu ətrafında daşların arasında özlərinə sığınacaq edirlər. Səhər tezdən Oxçu, Şəbədək, Purdavud, Atqız kəndlərini ələ keçirən erməni silahlıları qaça bilməyən əhalini vəhşicəsinə qırmışlar. Saqqasuda sığınacaqlarda olan türk-müsəlman camaatı sübh tezdən «Ya Əli» deyərək onlara sarı gələn silahlı dəstənin müsəlman qoşunu olduğuna aldanıb onların qarşısına çıxırlar. Gələn erməni silahlı dəstəsi müsəlmanları qırmağa başlayır. Ermənilər Molla Həsən Əfəndinin ətrafında bir neçə qadın, uşaq əllərində müqəddəs Qurani-Kərim tutub aman istəsələr də ermənilər onların hamısını qırıb Qurani-Kərimi və digər müqəddəs kitabları yandırmışlar. Saqqarsu ətrafında bir qaya parçasının arxasında 62 nəfər qadın və uşaq ermənilər tərəfindən öldürülüb bir-birinin üstünə qalaqlanaraq atılmışlar. Cəsədlər arasında iki qıçlarından yaralanaraq huşunu itirmiş həyat və ölüm arasında çarpışan bir qadın Molla Həsən Əfəndinin ermənilər tərəfindən doğrandığını görüb qaçaraq bu daşın arxasına pənah gətirdiklərini söylədi. O, Həsən Əfəndini öldürən bir dəstə erməni silahlısı gəlib bu həlak olanları qırmağa başladılar. Daşın arxasında camaat çox olduğundan qadının sığınmağa yeri olmamışdı. Bu vaxt ermənilər onun açıqda qalan qıçlarını doğramışlar.

Molla Həsən Əfəndinin qətl olunmuş yerindən şimala tərəf bir palaz parçası altından 15 nəfər çiçək üzlü körpə çocuqların kəsilmiş başları və bir para bir-birlərinə qarışmış cəsədlər var idi. Cənub tərəfə olduqca çoxlu qadın və uşaq cəsədləri səpələnmişdi. Meşədə 25 yaşlı bir gənc qadın əri ilə birlikdə doğranılmışlar. Purdavud kəndində İmam Rza həzrətlərinin qardaşı Sultan Davud həzrətlərinin rövzəsini ermənilər dağıdaraq yandırmışlar. 1901-ci ildə İstanbuldan Molla Həsən Əfəndiyə hədiyyə göndərilmiş dünya məşhurlarının, o cümlədən Məhəmməd peyğəmbərin və Xəlifə Ömərin təsvirləri olan kitab da yandırılmışdır. Oxçu kəndində bir imarətin həyətində öldürülmüş bir cavan oğlan və onun baş tərəfində parçalanaraq, qətl olunmuş ana qadın cəsədi var idi. Anası yaralanmış oğlunu qoyub getməmiş nəticədə hər ikisi ermənilər tərəfindən vəhşicəsinə öldürülmüşdür. 1906-a il avqust ayının 9-dan 15-nə kimi olan Oxçu, Şəbədək, Purdavud, Atqız kəndlərinin erməni daşnak silahlı qoşunları ilə müdafiə döyüşləri türk-müsəlman əhalisinə bir milyon manat qədərində zərər dəymiş və günahsız insanlar qətlə yetirilmişlər. Zəngəzurda türk-müsəlman əhalisi yaşayan Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Səbadək, Atqız, Purdavud, Züzul, Güman, İyilli, Sənalı, Minəvvər, Fərcan, Qalaboyun, Əcəbli, Buğaaq kəndləri erməni silahlıları tərəfindən talan və qarət olunmuşdur. Minlərlə türk-müsəlman əhalisini vəhşiliklə qətlə yetirmişlər. Oxçu-Səbədəyin fəlakət qurbanları Ordubad mahalının, Qaryagin qəzasının və Laçın bölgəsinin kəndlərinə dağılaraq həyəcan içərisində Gəncə və İrəvan qubernatorlarına bir gündə 100-ə,qəder teleqram vuraraq acınacaqlı vəziyyətlərini bildirmişlər. Qarabağ ilə əlaqə kəsildiyindən Ordubad şəhərinin ticarəti tənəzzülə uğramışdı. Ərzaq çatışmazlığının yaranması əhalinin vəziyyətinin ağırlaşmasına səbəb olmuşdu. Rus dövləti isə ermənilərə təzyiq etmək istəmirdi. Dövlətin Ordubada göndərildiyi bir rota draqun süvarisi də qaçqınları müdafiə edə bilmirdi. Zəngəzur qəzasının torpaq sahibkarları əsasən Qarabağın Cavanşir və Kəbirli bəyləri idi. Zəngəzur qəzasında olan 68443 desyatin əkin sahəsinin 64000 desyatini onların mülkiyyəti idi. Cəmi 4018 desyatini dövlət xəzinə torpağı olaraq saxlanılırdı. Zəngəzurun bu torpaq sahələri əsasən Sultanov, Cavanşirov, Behbutov, Rüstəmbəyov, Behbudbəyov və Usmiyevlərin mülki idi.

Zəngəzurda iri torpaq sahələri olan Sultanovlar üç nəslə mənsub idilər. Onlardan birincisi Sultan bəy və Xosrov bəy Sultanovlar əslən Qarabağın Kəbirli elinin zadəgan nəslindən olub erməni daşnaklarına qarşı qəhrəmanlıqla uğurlu mübarizə aparmışlar. Onların Zəngəzur və Qarabağda iri heyvandarlıq təsərrüfatları olmuşdur. Laçının Qurd Hacı kəndinə sahib olan Sultan bəy Sultanov iri heyvandarlıq fermasında minlərlə məhsuldar cins hacısamlı inəkləri yetişdirilirdi. Onun Cənubi Qafqazda tonlarla heyvandarlıq məhsulları istehsal edən yağ-pendir zavodları olmuşdur.

İkincisi, Zəngəzurun Danzanar və Piravan kəndlərində yaşayan Sultanovlar olmuşlar. Onlar da Qarabağın Kəbirli elinin zadəgan nəslinə mənsub (onlara türkmən mənşəli də deyirlər) Sultanovlar olmuşlar.

Zəngəzurun İskəndərbəyli Ovqanlı, Qöyarabas, Seytas, Bəxtiyarlı, Qarıqışlaq, Gürcülü, Ain, Mstan, Qiyasu, Göərcik, Hallava, aşağı Cibikli, yuxan Cibikli, Malatkeşin, Genlik, Qanqışlaq, Kovard, aşağı Xotanan, yuxarı Xotanan kəndləri onların mülkləri olmuşdur. Pircivan kəndindən olan Kərim bəy Sultanovun Kovard kəndində mis mədənləri olmuşdur.

Üçüncü Bərgüşad Sultanovları Zəngəzurun Ordubadi və Hacılı kəndlərində yaşamışlar və Zəngəzurun Mamar, Qal, Davutlu, Mahmudlu, Ağhulaq, Madj və Qurdkalağı kəndləri onların mülkləri olmuşdur. Zəngəzurda iri mülkədar olan Cavanşir bəylərinin Qrax, Muşlan, İçəri, Zəngilan, Məmmədbəyli, Sobu, Tatar və Keçirkli kəndləri torpaq mülkləri olmuşdur. Gorusda yaşayan Hüseyn bəy və Lohraz bəy Behbudbəyov qardaşlarına Karaunc, Hacıbəyovlara Fərcan, Dilali-Muskyanlı, Saray, Kertizan, Göygöl kəndləri, Sərməstbəyovlara Vartanadzor I, Vartanadzor II kəndləri məxsus olmuşdur.

Zəngəzurun 800 evlik Dağ kəndi Rüstəmbəyovlara, 256 evlik Aqudi, 245 evlik Vaqudi Əlibəy və Mirzəlibəy Behbudov qardaşlarına, Xanlıq, Dərəkənd, Mafruzlu, Xəndək kəndləri Keyqubad ağa Cavanşirə, Akara, Muradxanh, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə, Qara göl kəndi Ağalar bəy Cavanşirə məxsus olmuşdur.

Qarabağlı İbrahim Xəlil xanın nəvəsi Mehdiqulu xanın qızı knyaginya Göhər ağa Usmiyevaya Qala-Dərəsi, Cıdcik, Məlikpəyəsi, Comərdli kəndlərinə və onların ərazilərində olan 17 min desyatin meşə sahəsindən istifadə etmək hüququna malik idi. Bu siyahı tamam olmasa da Zəngəzurun varlı bəy ailələrini əhatə edir.

Rus dövlətinin ermənilərə qarşı heç bir təzyiq göstərmədiyini görən Zəngəzurda xeyli kənd mülkləri və torpaq sahələri olan Qarabağ bəyləri Əhməd bəy Ağayev ilə məsləhətləşdikdən sonra Cənubi Qafqazın türk-müsəlman əhalisini erməni daşnak təcavüzündən qorumaq məqsədi ilə yaradılmış «Difai» müdafiə təşkilatının köməyi ilə erməni silahlılarını cəzalandırmağa çalışdılar. Cavanşir və Kəbirli bəylərinin bəzilərinin «Difai» müdafiə təşkilatı ilə əlaqələri olması Zəngəzurun türk-müsəlman əhalisinin erməni təcavüzündən qorunması işinə böyük köməyi olmuşdur. Qarabağ bəylərinin köməyi ilə Şuşa, Cavanşir qəzalarından, Laçın bölgəsindən toplanmış 800 nəfərlik könüllü dəstə xeyli döyüş sursatı ilə gecə ikən hərəkət edərək Ordubad mahalından toplanmış min nəfərə yaxın könüllü dəstə ilə Saqqarsuda -toplandı. 1906-cı il sentyabr ayının 15-də gecə saat 19.00-da Saqqarsuda toplanmış hərbi şura məşvərət edib əslən Osmanlı imperiyasının hərbiçisi olan bir nəfəri komandan seçdi. O, üç bölük komandanı təyin etdi və hər birinin tabeliyinə yüz əsgər tapşırır.

Birinci bölük kəşfiyyat apararaq gecə saat 21.00-da hərəkətə başlayıb. Onlara Səbədək və Atqızdan keçərək erməni Girdəkan kəndinin aşağı tərəfində yerləşmək və səhər sentyabr ayının 16-da sübhə bir saat qalmış davaya girmək əmri verildi. Birinci dəstənin arxasından onlara ehtiyat olaraq əlli nəfərlik ehtiyat atlı dəstəsi göndərildi. İkinci bölüyə isə saat 10.00-da hərəkət edib Purdavud kəndinin içindən keçib Oxçu yolu ilə irəliləyərək erməni Panuslu kəndinin qarşısında və üst tərəfində istehkamlar qurmaq və sübhə bir saat qalmış davaya başlamaq əmri Verildi. Onlara da digər döyüşkən türk-müsəlman hərbi hissələri ilə əlaqə saxlamaq üçün atlı dəstəsində verilmişdir. Üçüncü bölük saat 2400 da hərəkət edib Lec və Təstin dağlar silsiləsini nişana alıb Meğri və sair erməni kəndlərindən köməyə gələn erməni silahlılarının yollarını kəsmək və lazım gəlsə davaya qoşulmaq əmri verildi. Bu üçüncü bölüyə ehtiyat olaraq camaatdan beş yüz nəfər ehtiyat ayrıldı. Bu bölüklərin hərəkətindən sonra baş komandan Saqqarsudan hərəkətə başlamaqla əhalidən və könüllülərdən bir nəfər (Qarabağın Kəbirli bəylərindən olub) komandasına yüz əlli süvari, iki yüz piyada könüllü əsgər verilib saat 13.00 Şəbədək kəndinə göndərilir. Oxçu-Şəbədək əhalisindən iki yüz nəfər əsgəri mövqelərə hərbi sursat və azuqə daşımaq üçün göndərilir. İyirmi beş nəfər süvari bölüklər arasında poçta olaraq hərbi xəbərləri qərargah komandanına yetirmək üçün ayrılmışdır

Hərbi əməliyyata başlayan bölüklər saat üç radələrində tapşırılan bir sıra əhəmiyyətli olan yol və zirvələri tutub, istehkamları qurduqdan sonra, hər bölük kəşfiyyat dəstələri ilə ermənilərin Panuslu və Girdəkan kəndlərindən məlumat almaqla sübhə bir saat qalmış davaya başladılar. Dörd saat möhkəm döyüş ermənilərin hərbi qüvvələrini zəiflətdi. Saat 10-da ermənilər ehtiyatda olan qüvvələrini döyüşə atdılar, Panuslu və Girdəkan kəndlərinə hücumlar edən türk-müsəlman hərbi dəstələrinin əlaqələrini kəsmək istədilər. Atqız kəndində ehtiyatda saxlanılan bir türk-müsəlman dəstəsinin hücumu ilə dəf olundular. Beş saatlıq şiddətli döyüşdə səksən erməni silahlısı öldürülür. Türk-müsəlman silahlı dəstələri ayağa qalxıb erməni səngərlərinə hücum edirlər. Ermənilər isə xeyli itki verərək geri çəkilir, evlərə və kilsələrə girərək güclü müqavimət göstərirlər. Saat 12-yə kimi davam edən müharibədə ermənilər məğlub olur, türk-müsəlman kəndləri azad edilir. 1906-cı sentyabr ayının 16-da Qarabağın Şuşa, Cavanşir qəzalarından, Laçın bölgəsindən, Ordubad mahalından və Zəngəzurun Qafan, Hal, Oxçu, Səbədək, Qatar, Saqqarsu, Purdavud, Atqız və sair kəndlərindən toplanmış türk-müsəlman silahlıları Panuslu-Girdəkan ermənilərini məğlub etdikdən sonra ermənilər əvvəlki fikirlərindən on iki il müddətində əl çəkdilər.

Ümumi qərargahdan türk-müsəlman silahlı dəstələrin Saqqarsuya qayıtmaları barədə əmr verilmişdir. Bir saat keçmiş hər iki tərəfdən irəliləyən Rusiya hökumətinin qoşunu erməni kəndlərinə yerləşərək onları qırılmaqdan xilas edir. 1906-a il sentyabr ayının 17-də sübh zamanı türk-müsəlman əhalisi ermənilər tərəfindən qarət olunub yandırılaraq dağıdılmış, öz ata-baba kəndlərinə qayıdıb yurdlarına sahib çıxırlar. Zəngəzurun türk-müsəlman əhalisinin hərbi əməliyyat nəticəsində xilas olunması və erməni silahlılarını cəzalandırması «Difai» müdafiə təşkilatının Şuşa hadisələrindən sonra ikinci uğurlu əməliyyatı idi.

 

When you start investigating the historical roots of Armenia’s aggressive and predatory war against Azerbaijan, certain aspects of Armenian history must be taken into account. This aggressive policy arose from the kernel of Armenian history. Therefore, when the favorable historical preconditions occurred for international and internal political change, Armenians made every effort for the implementation of their treacherous intentions. The occurrence of the so-called Armenian problem was not fortuitous. With regard to the Armenia- Azerbaijan conflict it is necessary to consider this problem in a new way. As the “Karabakh problem” must be considered a part of the Armenian problem. And the “Armenian problem” is a part of the Eastern problem. At the end of the 19th century and at the beginning of the 20th century a lot of research was devoted to this problem. The article written by the historian V. Gurko-Kryajinin for the Soviet Encyclopedia that was published in 1926 is one of such works. At the end of the article the author was hopeful by writing “… the most conscientious among the Armenian migrants change their views and say no to the past. They realize their mistakes and return home. After the Soviet coup d’etat the Dashnaktucun completely ceased to exist”. But the historian was deceived.