Talış karvansarası
Talış karvansarasının tarixi XIII əsrə aiddir. Talış kəndi İrəvan şəhərinin 50 km. şimal-qərbində, Əştərək şəhərinin 27 km. qərbində, Talin şəhərindən 24 km. cənub-şərqdə yerləşir.
Bu orta əsr karvansarası Ani şəhərini Dvinlə birləşdirən və İpək Yolunun bir hissəsi olan yolun üzərində yerləşirdi. Bu marşrut Çuxur-Səəd düzünün yaşayış məntəqələrindən keçərək, şimaldan Gürcüstana, şərqdən isə Xəzər və Orta Asiyaya gedirdi. Talış karvansarasının mərkəzi zalı heyvanlar, yan kapellalar isə sahibləri və qulluqçuları üçün nəzərdə tutulmuşdu. Talış karvansarası talış kəndindən bir kilometr məsafədə yerləşir. Talış kəndinin ərazisində həmçinin yarıdağılmış vəziyyətdə orta əsrlərə aid qala mövcuddur.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11.11.1970-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Aruç” qoyulmuşdur. 7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir
