Məscidlər
Hər hansı xalqın müəyyən ərazidə varlığını təsdiqləyən əlamətlərdən biri onlara məxsus dini ibadətgahların mövcud olmasıdır. Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində mövcud olmuş məscidlərin hər biri bir memarlıq nümunəsi idi. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılmışdır.
İndiki Ermənistan dövləti Azərbaycanın tarixi torpağı olan Rəvan (İrəvan) xanlığının ərazisində yaradılmışdır. Rəvan xanlığı 1827-ci ildə Çar Rusiyası tərəfindən işğal olunana qədər türk-müsəlman ölkəsi olub. İrəvan şəhərini işğal edən zaman şəhərdə 8 məscid mövcud olmuşdur. 1829-1832-ci illərdə kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir.
1902-ci ildə Çar Rusiyası dövründə verilən statistik məlumatlara görə, İrəvan quberniyasında 310 məscid fəaliyyət göstərmişdir.
İrəvan qəzası üzrə: İrəvan şəhərində 7, Uluxanlıda 4, Böyük Vedidə 4, Hacı Eylasda 2, digər kəndlərdə - Haçaparax, Çarbax, Çiləxanlı,, Sabunçu, Avşar, Şidli, Yuxan Necili, Aşağı Necili, Şorlu Dəmirci, Donquzyən, Qəmərli, Əliməmməd, Şöllü Mehmandar, Qaraqışlaq, Sarvanlar, Hacı Eylyas. Ağhəmzəli, Yamancalı, Qaraqoyunlu, Cəbəcəli, Başnalı, Qaralar, Qarabağlar kəndlərinin hər birində bir məscid qeydə alınmışdır.
Novo-Bəyazid qəzası üzrə: Hüsenquluağalı kəndində 2, digər kəndlərdə - Qızılbulaq, Qızıl xaraba, Yengicə, Qaraqoyunlu, Ağkilsə, Hacı Muxan, Bijni,, Kənkan, Qaraqala, Rəhmankənd, Boyuk Məzrə, Zod kəndələrinin hər birində bir məscid qeydə alınmışdır.
Ecmiədzin qəzası üzrə: Təkiyə, Nəziravan, Üşü, Əkərək, Qaracörən, Kələşkənd, Ərqov, Tossuz Hacılar, Əyar, Kolanı, Zaviyə, Cobankərə, Qarğabazar, Turkmənli, Qarxın, Ağcaarx, Kərimarxı, Molla Bədəl, İydəli, Canfida, Xeyribəyli, Bağзacıq, Yuxan Ağcaqala, Mehriban, Aylanlı kəndlərinin hər birində bir məscid qeydə alınmışdır.
Aleksandropol qəzası üzrə: Arcut, Qursalı, Saral kəndələrinin hər birində bir məscid qeydə alınmışdır.
Şərur-Dərələyəz qəzasının Dərələyəz hissəsində: Əmağu, Ərgəz, Almalı, Her-her və Çivə kəndələrinin hər birində bir məscid qeydə alınmışdır.
Qərbi Zəngəzurun Şəki kəndində iki, digər Ağudi, Vağudi, Əldərə, Ərəfsə, Gığı, Oxçu, Çaylı, Xələc, Qızılcıq, Oxdar, Sofulu, Şıxlar, Acıbac, Urud, Püsək kəndələrinin hər birində bir məscid qeydə alınmışdır.
Sovet hakimiyyəti illərində erməni kəndlərindəki kilsələr fəaliyyətlərini davam etdirsələr də, azərbaycanlı kəndlərindəki məscidlər qapadılmışdır. İrəvan şəhərində isə yalnız Dəmirbulaq məscidi fəaliyyət göstərmişdir.
