Qərbi Azərbaycan

Qırmızı körpü

Qırmızı körpü

İrəvan şəhərinin ən qədim körpüsü olan Qırmızı körpü Zəngi çayının üzərində 1679-cu il il zəlzələsindən sonra yenidən inşa edilmişdir. Həmin dövrdə Zəngi çayı üzərindən şəhərə getmək üçün yeganə keçid olan bu körpü qırmızı daşdan hörüldüyünə görə bu adı almışdır. Qədim İpək Yolunun bir qolu bu körpü üzərindən dan keçdiyinə görə şəhərin tarixi üçün böyük əhəmiyyətə malik olmuşdur. Zəngi çayının üzərində tikildiyi üçün körpüyə bəzən Zəngi körpüsü də deyilmişdir.

Qırmızı körpünün ümumi uzunluğu 80 m, hündürlüyü 11 m, eni isə 4,8 m olmuşdur. İki tağı olan bu körpünün ikitərəfli əlavə axınını təmin etmək üçün kiçik köməkçi tağı da var idi. 1945-ci ildən sonra Zəngi çayı üzərində yeni "Qələbə körpüsü" tikildikdən sonra Qırmızı körpüdən istifadə edilməmiş və bu tarixi abidə tədricən dağılmışdır.