Qərbi Azərbaycan

Sınıq karvansarası

Sınıq karvansarası

Sınıq karvansara Zəngəzur mahalının Gorus rayonunun Yaycı kəndi yaxınlığında, qədim Urud yolunun üstündə türk-müsəlman abidəsidir. Bölgədəki bir sıra digər eynitipli karvansaralar (Dərələyəz mahalındakı Səlim və Ağkənd karvansaraları) kimi, Sınıq Karvansara da Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən qədim İpək Yolunun üstündə tikilmişdir. Elə buna görə də o, bəzən Əbu Səid Karvansarası da adlanmışdır. Karvansaranın giriş qapısının üstündəki iri daşın üzərində ərəb əlifbası ilə fars dilində yazılar və 698-ci hicri tarixi yazılmışdır ki, bu da abidənin 1319-cu il miladi tarixdə tikildiyini təsdiq edir. Karvansaranın "Sınıq" adlanması isə tədqiqatçılar tərəfindən onun "Г" şəklində olması ilə izah olunur. Karvansaranın divarı çaylaq dağından, əhəng və qum qarışıqlı məhlulla hörülmüşdür. Tağlar və sütunlar isə yonulmuş bazalt dağdan tikilmişdir. Karvansaranın ətrafında çox qədim qəbiristanlıq qalıqları mövcuddur. Karvansaranın yerləşdiyi ərazi, bütövlükdə Zəngəzur mahalı qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilliyin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlanmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 03.07.1968-ci il tarixli fərmanı ilə adı kəndin ad; dəyişdirilərək "Qarjis" qoyulmuşdur.

Yaycı kəndi “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.