Sərdar məscidi
Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən məscid “Sərdar”, yaxud “Abbas Mirzə” məscidi adlandırılıb.
1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
2014-cü ilədək Sərdar məscid-kompleksindən yalnız onun bir divarının 2-3 metr enində, 3-4 metr hündürlüyündə kiçik bir parçası qalmışdı. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti yaşayış kompleksi inşa etmişdir.
2014-cü ilin payızında erməni vandalları bir gecənin içində Sərdar məscidinin qalıqlarını da yox etmişlər.
