Qərbi Azərbaycan

Tariximizdə Zəngi dövləti – 1127-1250

Türküstan. – 2021. - 7-13 dekabr. - № 44. - S. 7.

 

Tariximizdə Zəngi dövləti – 1127-1250

 

Elşən Mirişli,

Gəncə şəhəri, tarixçi

 

1137-ci ildə Zəngi yenidən Hümsü mühasirəyə aldı, lakin Müinəddin şəhəri uğurla müdafiə etdi. Müinəddin Yerusəlim krallığı (birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdığı dövlət) ilə müttəfiq oldu.Zəngi yürüş edərək səlibçilərin Baarindəki qalasını mühasirəyə aldı və tezliklə Qüds ordusunu darmadağın etdi. Yerusəlim kralı Fulk təslim olmağa razı oldu və ona sağ qalan qoşunları ilə qaçmağa icazə verildi. I İmadəddin Zəngi Bizans İmperatoru II İoann Komninin göndərdiyi ordu ilə Hələbdə vuruşmaq üçün tez bir zamanda rəqibi Şihabəddinlə barışdı. Bizans İmperatoru isə bu dövrdə Antioxa Knyazlığını Bizansın hakimiyyəti altına almış, Edessa hökmdarı II Yoskelin və Antioxiya hökmdarı Raymund ilə müttəfiqlik yaratdı.

 

Zəngilər Dövləti Mesopotamiya və Suriyada hökm sürmüş Türk Dövlətidir. Zəngi xanədanının banisi Ağsunqurdur, Səlcuqlu ordusunda bir hərbçi və Hələbin Səlcuqlu valisi Tutuşun ala bəyi idi. Adan qədim mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycan ərazisində yaşamışlar Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır Zəngilər təkcə Ağn vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyyətlə İrəvan mahalının digər qədim tayfalan kimi, zəngi boylan da sonralar geniş ərazidə yayılmışdı. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişdilər. Böyük qazax mütəffəkiri Çokan Vəlixanov qırğız mifologiyasında izini qoyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasın qeyd etmişdi.

Zəncan şəhərinin adı da sanqi zəngi boyu ilə bağlıdır. 1403-cü ildə keçən Klavixo elçi heyətinin Miyanə yolunda dincəldiyi Sanqa şəhəri haqqında yazır.

 

Zəngi Dövlətinin Qurulması I İmadəddin Zəngi

 

O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını (Mesopotamiya atabəyi) idarə etmişdir. Zəngilər sülaləsi və dövləti adını Oğuz Türklərinin Zəngi boyundan almışdı. I İmadəddin Zənginin hakimiyyyət illəri 1127-1146-cı illlərdi.

I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur.Tarixi qaynaqlardan Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın əqrabası olması bəllidir.Sultan Məlikşahla Ağsunqur birlikdə böyümüş həm də uşaqlıq dostu olmuşdur. Qasımüddövlə ləqəbini də Ağsunqura Sultan Məlikşah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi.

İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdürAğsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə ədam otundu Atası edam olunan zaman İmadedddin təxminən 10 yaşında idi və bu hadisədən sonra o, Mosul valisi Kürbuğa tərəfindən böyüdülmüşdür.

1128-ci ildə Dəməşqin (Şam) atabəyi olan Tuğtəkinin ölümündən sonra zəifləyən Suriya üçün yenidən Səlib yürüşləri təhlükə yaratmağa başladı. İraq valiliyinə təyin olunan İmadəddin Zəngi 1127-ci ildə Mosul və 1128- ci ildə Hələbin atabəyi oldu, iki şəhəri öz hakimiyyəti altında birləşdirdi və ona rəsmi olaraq Böyük Səlcuq Sultanı II Mahmud tərəfindən bu torpaqlan idarə etmək üçün səlahiyyət verildi. 1130-cu ildə İmadəddin Zəngi xaç yürüşlərinə qarşı Dəməşq valisi Tacülmülk Börü ilə müttəfiq oldu, lakin bu,Zəngi tərəfindən yalnız hakimiyyət gücünü artırmaq üçün edilmiş bir strategiya idi; O Börünün oğlunu əsir götürmüş və Həmanı onun əlindən almışdı.İmadəddin Zəngi Hüms şəhərini mühasirəyə aldı, lakin tuta bilmədi və daha sonra Bölünün oğlu və Dəməşqdən olan digər məhbuslann 50.000 dinar qarşılığında girovdan azad edildiyi şəhər olan Mosula qayıtdı.

II Mahmud 1131-ci ildə varislik hüququ üçün müharibə başlatdı.İranda Səlcuq şahzadələri bir-biri ilə vuruşduqları zaman Zəngi Bağdad üzərinə yürüş etdi və onu öz hakimiyyəti altına aldı.

1137-ci ildə Zəngi yenidən Hümsü mühasirəyə aldı,lakin Müinəddin şəhəri uğurla müdafiə etdi. Müinəddin Yerusəlim krallığı (birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdığı dövlət ) ilə müttəfiq oldu. Zəngi yürüş edərək səlibçilərin Baarindəki qalasını mühasirəyə aldı və tezliklə Qüds ordusunu darmadağın etdi. Yerusəlim kralı Fulk təslim olmağa razı oldu və ona sağ qalan qoşunları ilə qaçmağa icazə verildi. I İmadəddin Zəngi Bizans İmperatoru II İoann Komninin göndərdiyi ordu ilə Hələbdə vuruşmaq üçün tez bir zamanda rəqibi Şihabəddinlə barışdı. Bizans İmperatoru isə bu dövrdə Antioxa Knyazlığını Bizansın hakimiyyəti altına almlş, Edessa hökmdarı II Yoskelin və Antioxiya hökmdarı Raymund ilə müttəfiqlik yaratdı. Bizans-Səlibçilər təhlükəsi ilə qarşılaşan Zəngi bütün Avropanın üstünə gəldiyini görüb qüvvələrini səfərbər etdi.1138-ci ilin aprelində Bizans İmperatoru və səlib dövlətlərinin krallarının birləşmiş qoşunları Şayzan mühasirəyə aldı,lakin bir ay sonra Zəngi dövlətinin ordusu tərəfindən geri qovuldular. Zəngi dövlətini Səlcuqlu hökmdarı Mahmud tərəfindən Mosul valiliyinə təyin edilən İmadəddin Zəngi qurdu.Səlibçilərə endirdiyi zərbələr ilə bu Oğuz Türk dövləti Dünya tarixinə adını əbədi yazdırdı.

1138-ci ilin mayında Zəngi Dəməşqlə razılığa gəldi.O.oğlu İsmayılı öldürən Zümrüdlə evləndi və Hümsü cehiz olaraq qəbul et- di.1139-cu ilin iyulunda Zümrüdün sağ qalmış tək oğlu Şihabəddin öldürüldü və İmadəddin Zəngi Dəməşqi ələ keçirmək üçün şəhərə yürüş etdi. Zəngi qısa zamanda Cizrə,Nisibin,Sincar və Harranı alı. Xaçlılara qarşı qoruduğu Hələbi özünə tabe etdi və Aralıq dənizinə qədər uzanan geniş bir bölgənin hakimi oldu.Antioxiya (Antakya) Xaçlı Knyazı II Raymondu Qüds kralı Fulk ilə bərabər məğlub etdi.1187-ci ildə Yerusəlimdə Səlahəddinin etdiyindən fərqli olaraq I İmadəddin Zəngi 1139-cu ildə Bə əlbəkdəki əsirlərini qorumaq barədə verdiyi vədə əməl etmədi. İbn əl-Ədim deyir ki: “Zəngin qala əhlinə çoxlu vədlər vermiş və Qurana and içmişdi.Halbuki qaladan endikdən sonra o, xəyanət etdi,hökmdarın dərisini qəssablara soydurdu və qalanlarını isə asmağı əmr etdi”.

Daha sonra ibn əl-Ədim əlavə ətmişdirAtabey İmadəddin Zəngi coşğun,güdü,heyrətləndirici idi və qəfildən hücuma keçməyə vərdiş etmişdi...Zəngi at minəndə qoşunlar onun arxasınca iki cərgə sap kimi getməyə çalışar,qorxaraq məhsullannyanıyia hərəkət edər və qorxudan heç kim onlan tapdalamağa və ya atına minməyə cəsarət ətməzdi...Hər kim həddini aşsa,çanxma çəkilərdi. O (Zəngi) deyirdi: “Eyni zamanda birdən çox zalımın olması mümkün deyil”.

İmadəddin Zəngi ordusunu səfərbər edib Aşibi və Hizranı ələ keçirdi. 1444-cü ildə latınlaşmış səlibçi dövləti olan Edessanı mühasirəyə aldı və dörd aylıq mühasirədən sonra 24 dekabr 1444-cü ildə ələ keçirdi. Bu tarixi hadisə ilə I İmadəddin Zəngi İkinci Səlib yürüşünə səbəb olmuşdur və sonradan müsəlman salnaməçiləri bunu Səlib yürüşü dövlətlərinə qarşı cihadın başlanğıcı kimi qeydətmişdilər. Zəngi Urfanı zəbt edərək Frank dövlətini aradan qaldır- dı.Onun bu qələbələri avropaiıla-nn ikinci Xaçlı səfərini başlamalanna səbəb oldu.

İmadəddin Zənginin oğullarından Nurəddin Mahmud Hələbdə, I Seyfəddin Qazi isə Mosulda otururdu. İmadəddin Zəngi 1146-cı ilin sentyabrın 11-də sərxoş olarkən onun qədəhlərindən içki içdiyi üçün əslən Frank olan Yarankaş adlı bir qulu ölümlə təhdid etdiyinə görə həmin qul tərəfindən öldürüldü. I İmadəddin 1146-cı ildə öldü, Zəngi dövləti bu iki qardaş arasında bölündü. İmadəddin Zəngi, siyasi bacarığı ilə Səlibçilərə qarşı uğurlu mübarizəsi ilə Mesopotamiyanın və Suriyanın böyük bir hissəsini hakimiyyətinə daxil edib.1147-ci ildə Antioxiya Xaçlı Knyazı Raymondu məğlub edən Nurəddin Mahmud 1154-cü ildə Şam atabəyliyini də özünə tabe etdi. Paytaxtı Hələb olaraq qurulan Zəngi Dövlətinin paytaxtı 1154-cü ildən sonra Şam(Dəməşq) olub.

Bu vaxt Misirdəki ərəblərin şiə Fatimilər dövləti hənəfi sünni türklərə qarşı xaçlılarla biriəşdilər. Ancaq Nurəddin Mahmud 116-cü ildə Qüds kralı III Bohemondu da məğlub etdi. Bundan sonra Zəngi dövləti sərkərdələrindən Şirkuh və Səlahəddin Əyyubi qardaşlarını Fatimilərin üzərinə göndərdi. Bu sərkərdələr Fatimiləri məğlub etdilər və Səlahəddin Əyyubi atabəy Mahmudun təmsilçisi kimi Misirdə hakimiyyəti ələ aldı (1171-ci il).

Zəngi Dövlətini zirvəyə çıxaran Nurəddin Mahmud Zəngidi. O, hakimiyyət sahəsini Fatimi Dövləti içərisindəki Misirə qədər genişləndirib və ailənin bütün tayfalarını hakimiyyətinə daxil edib.

Nurəddin Mahmud 1174-cü ildə öldükdə, Şam (Dəməşq) və Hələb Əyyubi sülaləsinin əlinə keçdi. Nurəddinin oğlu İsmayıl 1174-cü ildə Zəngilərin xidmətində güclənən Səlahəddin Əyyubiyə məğlub olub. Mosulun idarəsi Seyfəddin Qazinin qardaşı Mövluda,Sincann idarəsi II İmadəddin Zəngiyə verildi.

Zəngi xanədanının Sincar qolu 1220-ci ildə.Cizrə qolu 1250-ci ildə aradan qaldırılıb.

II İmadəddin Zənginin qardaşı Məsud dövründə Mosul və Sincar Əyyubilərə tabe oldu. 1186-cı ildən 1250-cu ilə qədər onlara tabe qaldı. Ancaq 1260-ci ildə bütün bölgəni Azərbaycan Impəratoriuğu olan El- xanlılar işğal etdilər. Zəngi Dövləti 1127-ci ildən 1250-ci ilə qədər mövcudluğunu davam etdirmişdi Azərbaycan tarixində nədən bu böyük dövlətdən yazmırlar? Zəngi boyu və Zəngi dövləti dövlətçiliyimizdə öz İzini əbədi qoymuşdur. Unuduimuş tariximizin bir parçasıdır. Tarixi mənbələrə görə dövlətin sərtıədəri Tikrit şəhərindən Livan ərazisinədək, Mosul və Ərbil- dən Azərbaycan sərhədterinedək uzanırdı Zəngilər dövləti zahirən Səlcuqlara tabe olsa da,müeyyən mənada müstəqil idi. Mövcud olduğu müddətdə yaxşı idarə aparatına malik olmuşdur.

 

Mosul Atabəyləri

 

  1. İmadəddin Zəngi (1127-1146)
  2. Seyfəddin Qazi (1146-1149)
  3. Qütbəddin Məvdud (1149-1170)
  4. II Seyfəddin Qazi (1170-1180)
  5. İzzəddin Məsud (1180-1193)
  6. Nurəddin Arslan Şah (1193-1211)
  7. II İzzəddin Məsud (1211-1218)
  8. II Nurəddin Arslan Şah (1218-1219)
  9. Nəsrəddin Mahmud (1219-1234)

 

Cəzirə Atabəyləri

 

  1. Müzəddin Səncər Şah (1180-1208)
  2. Müzəddin Mahmud (1208-1241)
  3. Mahmud Məlik Zahir (1241-1250)