Çırpılı karvansarası
Çırpılı karvansarası Şörəyel mahalının Ağin rayonundakı Çırpılı kəndi ərazisində yerləşir. Çırpılı kəndi 1970-ci ildə Ermənistanla Türkiyə sərhədində Arpaçay su anbarının tikintisi ilə əlaqədar su altında qalmışdır. Orta əsrlərin əsas beynəlxalq tranzit ticarət yolları Çırpılı kəndindən də keçirdi. Dağılmış karvansara binasının bir hissəsi qalmaqdadır. Karvansara 1326-1332-ci illərdə əhəng məhlulu ilə qırmızı tufdan inşa edilib. Karvansaranın döşəməsi daş plittələrlə döşənib. Çırpılı karvansarasının salamat qalmış hissəsi ümumi uzunluğu 31 m, eni 13,65 m olan üçnefli zaldır. Uzunluğu boyunca iki cərgədə 8 sütun var ki, onlar zalı tağlarla birləşən 3 hissəyə ayırır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 28.08.1974-cü il tarixli fərmanı ilə adı kəndin adı dəyişdirilərək "Crapi" qoyulmuşdur.
Çırpılı kəndi “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
