Qərbi Azərbaycan

Qərbi Azərbaycanın Zəngəzur mahalının tarixi-coğrafi səhifələrindən...

Bakı Xəbər. - 2020. - 4 dekabr. - № 212. - S. 13.

 

Qərbi Azərbaycanın Zəngəzur mahalının tarixi-coğrafi səhifələrindən...

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

1915-1918-ci illərdə Osmanlı Türkiyəsinin ərazisindən köçən 50 min nəfərə qədər ibtidai insan - hay sürüsünü Qərbi Azərbaycanın Zəngəzur qəzasında yerləşdirmək və bu ərazini Ermənistana birləşdirmək məqsədilə bölgənin yerli müsəlman-türk əhalisinə qarşı silahlı milli etnik-dini təmizləmə və soyqırım faciələrini yaşadan terrorçu dəstələrinin başçıları A.Ozanyanın (1865-1927), D.Kanayanın (1883-1956), Q.Nijdenin (1886-1955), P.Ter-Davtyanın (1887-1920-də bu cani Bakı Xalq Komissarlarının tərkibində də Bakı şəhəri və ətraf kəndlərində qırğınlarda iştirak edib)... əsas cəbbəxanası və hərbi düşərgələri, hay kilsəsi ilə “görüş-təlimat yerləri” Qafan-Gorus cəbhə xəttində (Mehri və Xustup  dağları əhatəsində) olub.

 

Bütöv Azərbaycanın 400 min kv.km-lik əraziyə malik sərhədləri hüdudunda ayrı-ayrı təbii-coğrafi və inzibati-siyasi əraziləri ilə bağlı tarixi səhifələrin bir hissəsi Zəngəzur mahalının (təqribən 15 min kv.km sahə tutmaqla) adından keçir.

Zəngəzur dağlıq silsiləsindən cənub-şərqə doğru Dəbəyli aşırımından (2484 m) başlayan Mehri-Güney dağlıq silsiləsi (64 km uzunluğunda, ən hündür yeri Bəyboğan zirvəsi (3256 m), Araz çayınadək uzanır), “Qazan göl” yaylası (Qazangöl dağı), Oxçu çayının mənbəyi...) və  Qarabağ dağlıq yaylasının qərb hissələrini tutan Bərgüşad dağları (Süsəndağ zirvəsi, 1304 m), Vedi dağlarından Araz çayınadək paylanan dağarası vadiləri, çay hövzələrini (Oxçuçay, Bazarçay...), bu çayların arasındakı “Ağ oyuq” maili düzənliyi, alçaq və orta yüksəklikli yaylaları (Xustup dağı, 3214 m), Qarabağ dağlıq yaylasının qərb hissəsini tutan Bazarçay çayı (uzunluğu 178 km, Həkəri çayının sağ qolu), vadisində 12-14 min illik tarixə malik qədim insan yaşayış məskənlərini-mağaraları özündə birləşdirən bu tarixi bölgə  e.ə. II-I minilliklərdə əski türk-oğuz tayfalarının ulu məskənləri olmaqla yanaşı, həm də, hərbi-siyasi və iqtisadi-təsərrüfat, ticari-mədəni əlaqələrin mərkəzi kimi bölgədə önəmli strateji əhəmiyyət daşıyıb. Bölgənin təbii, tarixi, dini-sakral, mədəni-irfani zənginliyi qədim türk dillərinin şifahi və yazılı məxəzlərində, yer-yurd adlarında, irq-irs vahidlərində, ictimai-təsərrüfat sahələrində ifadə olunduğu göründüyü kimi, həm də sırf milli-türk dilimizin morfo-etnik mənşəyini əks etdirir (təkcə Mehri və Qafan nahiyələri arasındakı Mehri və Xustup dağlarının yalaqlarının adlarını xatırlamaq kifayətdir – “Ördəkli yurdu”, “Darbərə yaylağı”, “Qaraçılar yurdu”, “Qoşa nov yaylağı”, “Xankəndi yaylağı” (Nüvədi kəndindən 15 km aralıda əski yurd yerləri qalırdı), “Güllü novu yaylağı”, “Qambay qəcəli” (el arasında yaylaqlara bəzən “qəcəl” deyirdilər..), “Nüvədili yurdu” (kənddən 15 km aralı idi, 50-60 qədim ocaq yerləri vardı), Gorus şəhərindən şimal-qərbə doğru 140 km uzanaraq Basarkeçər silsiləsinə birləşən Kiçik Zəngəzur (Gorus) dağlıq silsiləsinin zirvələri (Böyük İşıqlı (hay sürüsü adını dəyişib-Mets İşxanasar qoyub), 3552 m, Qızılboğaz (Tsxuk), 3584, Qılıncdağ (Uxtasar), 3594 m)...xalqımızın minilliklərələ yazılmış tarixi-coğrafi səhifələrinin etnik-elmi məzmununu təşkil edir.

Elmi-mədəni irsi ilə  yanaşı, təbii zənginliyi də diqqət çəkən Zəngəzur-Qarabağ mahalı xarici ölkələrin də diqqətini cəlb edib.

Belə ki, XIX əsrin ortalarında Fransa və Almaniyanın bir sıra sənaye-mədən şirkətləri Zəngəzurda əlvan metal filiz yataqlarının geoloji-kəşfiyat axtarışına başlayıb, nəticədə Qafan şəhəri və Oxçu kəndi (bu kəndin yerində haylar Qacaran şəhəri yaradıblar) əsas filiz emalı-istehsalı mərkəzinə çevrilib (mis-sink yatağının illik gücü 285 min tona, qara metal emalının həcmi isə 1500 tona bərabərdir).

Təsadüfi deyil ki, ibtidai insan - hay sürüsü buraya gəlməmişdən əvvəl yerli əhali bu yaşayış məntəqəsini “Mədən” adlandırmışdı.

Mehri nahiyəsinin Miyanbutun dağındakı qədim Nüvədi kəndinin eyniadlı çayının üst hissəsində,  4-5 km aralıda mis-molibden yatağı yerləşirdi, orada qədim kəndin kahaları (120-yə qədər qalırdı) var idi. Kənddən 1 km şimal-şərq tərəfə isə “Qara İsmi” dərəsində sənaye ehtiyatına malik boz mərmər yataqları üzə çıxmışdı.

Nüvədili Bəhrəm bəy Əsəd bəy oğlu Məlik-Abbasov (1870-1918, hay-daşnak quldurları tərəfindən amansızlıqla qətlə yetirilib) həmin filiz-mərmər yataqlarının istismarı məqsədilə iki kiçik emal müəssisəsini 10 il müddətində işlədə bilmişdi. Bu zavodun yerləri (metal-avadanlıq qalaqları ilə örtülü) çayın ətrafında qalmaqda idi 1980-ci illərədək.

Mehri dağlıq silsiləsində (o cümlədən Nüvədi kəndi ətrafında) yeraltı təbii sərvətlərin zənginliyini, sənaye həcmini və iqtisadi səmərəsini müəyyən etmək üçün XIX əsrin 70-80-ci illərində Zəngəzur qəzasında olmuş fransız mütəxəssisləri kəndətrafı (şimala və şərqə doğru 3-8 km aralıda) mağaraları (“Tüstü böyrü”,”Yarma dərə”, “Məmməd Əmin”... kahaları, uzunluğu 10-20 m) tədqiq edərək, oradan torpaq-qrunt nümunələri götürüblər.

Çay yatağı boyunca zəngin əhəng daşı yatağından da  istifadə edilirdi.

Mehri nahiyəsində tikinti materallarının xammalı  bütünlüklə yerli məhsullardan alınırdı.

Ümumiyyətlə, II minilliyin son əsrində bu bölgə beynəlxalq güc dövlətlərinin və düşmən qruplaşmalarının daha çox siyasi-hərbi hədəfinə tuş gələrək, Azərbaycan Cumhuriyyətinin tərkibindən qopardılaraq qondarma yaradılan “Ermənistan Respublikası”nın cənub hissəsi kimi beynəlxalq sərhəd dəyişikliyinə məruz qalıb və əhalisi bütünlüklə müsəlman-türk mənşəli olan Qafan (sahəsi 1345 kv.km), Gorus (752 kv.km), Qarakilsə (1719 kv.km)  və Mehri (664 kv.km)  inzibati-ərazi vahidlərinə daxil edilib (əvvəllər Səfəvilər dövlətinin (1501-1736) tərkibində Qarabağ (Çuxur-Səəd) bəylərbəyliyinin, Nadir şah Əfşar xanədanında (1736-1805) Naxçıvan, Təbriz və Qaradağ xanlıqlarının, XVIII əsrin 50-ci illərində isə bir hissəsi Qarabağ xanı Pənahəli xan Cavanşirin (1693-1763) hakimiyyəti altında olub, sonradan Qarabağ xanlığı və çar Rusiya arasında bağlanmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsinin şərtlərinə görə Rusiya imperiyasının idarəçiliyinə Həkəri-Bərgüşad çaylarından Zəngəzur dağlıq silsiləsinədək yerləşən 21 mahalın 9-u (o cümlədən Qafan, Mehri-Güney, Qarakilsə...) verilib (A.A.Bakıxanov (1794-1847) “Gülüstani-İrəm” əsəri) və bir müddətdən sonra Yelizavetpol (Gəncə) quberniyasının Qarabağ (Şuşa) və Zəngəzur qəzalarının tərkibinə daxil edilib.

1900-cü ilədək bu mahalın Qarabağ (Şuşa) qəzasının tərkibindəki bütünlüklə müsəlman-türk əhalisi yaşayan bir sıra inzibati-ərazi vahidləri (Nüvədi, Ərnəzir, Tuğut, Əlidərəsi, Mərziyit (bu iki kənd Əlidərəsi çayının sağ və sol sahilində yerləşir, 1920-ci ildən Əlidərəsi kəndi adlanıb), Tağəmir, Lök, Maralzəmi, Buluçər, Leyfaz, Bənövşəpuç (1918-1920-ci ildə hay-daşnakların hücumundan sonra süquta uğrayıb, 1988-ci ilədək 50-dək yurd yeri qalırdı)...  kəndləri) 1918-1920-ci illərdə Zəngəzur qəzasına daxil edildi, 1921-1930-cu illərdə  isə yeni yaradılan Mehri qəzasının tərkibinə qatıldı, sonra isə “Ermənistan Respublikası”nın inzibat-ərazi bölgüsünə aid edildi (eləcə də Zəngilan rayonunun xeyli hissəsi). 

Daha sonra, 1856-cı ildə Almaniyada tərtib edilən fiziki-coğrafi xəritədə Zəngəzur mahalının şərq hissəsi (indiki Laçın, Qubadlı, Zəngilan, Gorus və Qafan nahiyələri) Qarabağ bölgəsinin tərkib hissəsi kimi təsvir edilir.

1830-cu ildə çar Rusiyası Nüvədi kəndinin imkanlı şəxslərinin torpaqlarında (“İsmayıl bəyin çəmənliyi”ndə, “Məmməd Əmin kahası” yerində, “Məhəmməd bəyin örüşü”ndə...) Cənubi Azərbaycanın Sulduz şəhərindən köçürülən ibtidai insan - hay sürüsünün onlarca ailəsini yerləşdirib, yerli əhalinin narazılığına baxmayaraq.

Bu köçürülmələrin tarixi və hay-daşnak quldurlarının vəhşiliyi barədə həmin faciələrin şahidi olmuş kənd sakinlərindən Nənəş Kərbəlayı Babat qızı (1870-1962), Yunis Kərbəlayı Hüseyn oğlu (1880-1952), Əli Həzi oğlu (1899-1992), Sultanəli Kərbəlayı Əhmədalı oğlu (1882-1972)...acı xatirələrini həmişə yerli camaatla bölüşürdülər.

Qərbi Azərbaycanın Zəngəzur mahalının Mehri və Zəngilan nahiyələrinin əlverişli təbii-coğrafi şəraiti, zəngin təbii sərvətlərinin olması, beynəlxalq əhəmiyyətli ticarət yollarının bir neçə şaxəli qolunun bu hissədən keçməsi bölgənin əlavə tarixi-coğrafi və iqtisadi-mədəni üstünlüklərinə səbəb olub.

Araz çayı boyunca Mehri nahiyəsinin qədim karavansarayları Osmanlı Türkiyəsinin, Naxçıvanın, Suriyanın tacirlərinin Qarabağ, Gəncə, Şirvan-Lahıc, Qəbələ-Şəki, Quba-Dərbənd bazarlarının və əks istiqamətinə gələn Rusiya, Orta və Mərkəzi Asiya ölkələrinin tacirlərinin müvəqqəti istirahət-sövdələşmə məkanları olub.

Nahiyənin Həyərək kəndi yaxınlığındakı, Araz çayından 200 m aralıda XVI əsrdə şərq memarlığı üslubunda ağ daşdan  tikilmiş “Şah Abbas karvansarayı”nı (üstü gümbəzli, eni-uzunu 50-60 m olan) hay-daşnak sürüsü  keçən əsrin 80-ci illərində yeməkxana etmişdi.

Nüvədi kəndinin qərbində, 6 km aralıda, Araz çayı yaxınlığında “Şam ərazisi” deyilən tarixi yerdə XV-XVI əsrə aid əski karvansarayın uçuq-sökük yerləri dururdu, çox güman ki, bu mədəni-ticarət abidəsi Yaxın Şərq ölkələrindən Azərbaycana və ona qonşu dövlətlərə uzanan beynəlxalq ticari əhəmiyyətə malik bir tikili, memarlıq inşası olub.

Zəngilan nahiyəsində qədim, beynəlxalq “İpək yolu” iki istiqamətə ayrılırdı:

- Beyləqan-Arazboyu boyunca Xudafərinə çatan yolun Qafan nahiyəsinə yönələn hissəsi. Bu karvan yolu özü də qoşa qola uzanır (Zəngilandan Süsəndağın şərq ətəkləri, Oxçuçayın sol sahili boyunca  Malatkeşin-Yuxarı Yeməzli kəndləri xətti üzrə və Əsgülüm dağı ətəklərindən-Oxçuçayın sağ sahili ilə Qara Muşlan-Qazançı kəndlərindən keçməklə). 

- Cənubi Azərbaycandan, Əfqanısatan və Ərəbistandan gələn karvan yolu Xudafərindən keçib Arazboyu- Mehri-Ordubad yoluna çıxan hissəsi;

Zəngilan nahiyəsi daxilində bu karvan yollarının ayrı-ayrılıqda uzunluğu 25-30 km-ə qədr olmaqla yanaşı, həm də müqəddəs dini ocaqların ətrafından keçməsi ilə fərqlənmişdir.

Süsəndağın doğusundakı Ağbiz dağı (854 m) arasından keçən yolun üstündə Sofulu kəndinin ocaqları, dini-irfani Seyidimli yalı, Qarababa kəndinin əski Alban məbədi və ətrafındakı qədim qəbirstanlıqları yerləşirdi.

Həmin məbədin şimal-qərbindəki qəbirstanlığın girişindəki boz daş el-oba arasında müalicəvi-mistik ruhsal dəyəri ilə məşhur olub. Bu yolun Qafan nahiyəsinə keçən hissəsində də irfani-ziyarət ocağı var idi - Həyərək kəndindən 1,5 km cənuba tərəf “Pirlər yeri” əkin sahəsindən (“Müzəffər bulağı” yaxınlığında) keçirdi.

Həyərək kəndinə hay ailələri Cənubi Azərbaycandan 1790-cı ildən sonra köçürülüb, eləcə də Üçəniz, Sirkətas və Ağayurd kəndlərinə (aralarında 2,5-3 km məsafə olardı). Adları çəkilən bu kəndlərin meşə yerlərində, dağlıq hissəslərində  qədim Alban məbədləri olub.

Həyərək kəndi yaxınlığındakı “Qoz dərəsi”nin üstündəki sıldırımlı Keşikçi dağında (ei arasında nədənsə “Keşişdağ” adlanırdı) 1904-1920-ci illərdə hay-daşnak quldurlarının hücumuna qarşı qurulmuş keşikçi səngərlərinin, müdafiə-döyüş yerlərinin olması  bu toponimin etno-morfoloji mənasını “müdafiə-keşikçi yeri” kimi ifadə edirdi.

Xustup dağının qoynunda yerləşən Qarababa kəndinə XIX əsrin ortalarında Həyərək kəndindən bir hay 9 oğlu ilə gəlib köç salıb, sonradan digərləri  də  burada yerləşib və bütünlüklə hay sürüsünə çevrilib (50-60 ev olmaqla). İnzibati-ərazi vahidi kimi  Zəngilan rayonuna aid olan bu yaşayış məntəqəsinin (Yuxarı Yeməzli kəndindən 2,5-3 km şərqə doğru yerləşən) dövlət qurumlarının binalarına “Qafan rayonunun Qarababa kəndi...” yazılı lövhələri  vurulurdu.

Tarixi səhifələrdə o da yazılıb ki, Zəngilan nahiyəsinin Kolluqışlaq, Aşağı Gəyəli, Nəcəflər, Canbar, Qazançı kəndlərinin əkin-örüş yerlərininin xeyli hissəsi (“Girdə”nin arxa hissələri, “Quzey zəmi”yə bitişik əraziləri) 1940-cı ildən sonra da Qafan nahiyəsinə verilib.

Bu kənddə qədim Alban məbədinin yerində və  memarlıq üslubunda 1882-ci ildə hay kilsəsi tərəfindən məbəd inşa edilib. Kəndin şimal-qərbindəki qədim qəbirstanlıqda olan çoxsaylı naxışlı-yazılı sənduqələr, baş daşları ərazinin əski xristianlığa qədərki və müsəlman-türk dini dünyagörüşünün- mədəniyyətinin qiymətli tarixi maddi irsi kimi əhəmiyyət kəsb edib. 

Qeyd etmək lazımdır ki, qonşu Mehri nahiyəsində olduğu kimi, Zəngilan nahiyəsinin də zəngin təbii ehtiyatları sırasında meşə və tikinti yataqları (Xustup və Süsəndağ hövzələrində boz mərmər, palıd, vələs, göyrüş ağacları, “Süsən meşəliyi”nin “Yuxarı kəhriz” deyilən yerdə bitən qiymətli Araz palıdı xaricə ixrac edilirdi, şərab qabları üçün tıxac istehsalı üçün, Gədikli dağının meşəliyində (Şamlı kəndindən 4-5 km aralıda) soda yatağı, Oxçuçay (Şayıflı, Sarıqışlaq, Genlik...kəndlərində) yatağının qum, çınqıl mənbələri...) uzun əsrlər boyunca yerli əhali tərəfindən istifadə edilib. 

Oxçuçayın yuxarı axarındakı Genlik kəndindən 5 km aralıda, meşənin içində, çayın sağ sahilində, 100 m kənarda, təbii mənzərəli yerdə kükürdlü su bulağı qaynayırdı. 1984-cü ildə orada istirahət-müalicə mərkəzinin tikintisi layihələndirilmişdi...

XIX əsrin sonları, XX əsrin I yarısında Zəngilan və Qubadlı nahiyələrinin sərhədində, Bazarçayın Həkəri çayına qovuşan hissəsində Xocahan kəndi ərazisi qədim ticarət mərkəzinin yeri kimi “Həftəbazar” rolunu oynayırdı, buraya həm də qonşu Cəbrayıl, Beyləqan, Ağdam, Mehri, Qafan...nahiyələrindən gələnlər olurdu, qədim, məşhur ticarət mərkəzi kimi ad çıxarmışdı.

Tarixi-coğrafi hadisələrinin dövləçiliyimiz naminə zənginliyi ilə fərqlənən Zəngəzur qəzasının Mehri-Zəngilan səhifəsi, göründüyü kimi, həm maddi-mənəvi dəyərlərimizin, həm də təbii sərvətlərimizin geniş yayıladığı əski bölgələrimizdən biridir. 

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Mehri nahiyəsinin Nüvədi kənd sakini Balakişi Balakişi oğlu Həsənovun (1939), Zəngilan rayonu, Şamlıq kənd sakini Sahib Yusif oğlu Babayevin (1956)    məlumatlarından istifadə edilib).