Qərbi Azərbaycan

Aşıq Ələsgərin qəbirüstü abidəsi

Aşıq Ələsgərin qəbirüstü abidəsi

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. 

1919-cu ildə ermənilərin Göyçə mahalında törətdikləri qırğınlar nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçmüşdür. İki il sonra doğma kəndinə qayıdan aşıq ömrünü burda başa vurmuş, 7 mart 1926-cı ildə vəfat etmişdir.

1972-ci ildə Aşıq Ələsgərin Bakıda və Moskvada 150 illik yubileyinin keçirilməsi Göyçə aşıq sənətinə verilən yüksək qiymət idi. Hımin ildə Basarkeçər rayonunun Ağkilsə kəndində görkəmli aşığın qəbri üzərində əzəmətli abidə ucaldılmışdır.

1988-ci ildə azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyasından sonra Aşıq Ələsgərin qəbirüstü abidəsi erməni vandalları tərəfindən dağıdılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edərək demişdir: "Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 03.01.1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Azat" adlandırılmışdır.