Qərbi Azərbaycanın tarixi-maddi ocaqları və yaxud saxta “Ermənistanın sakral coğrafiyası” barədə
Olaylar.-2019.-10-11 oktyabr.-№135.-S.11.
Qərbi Azərbaycanın tarixi-maddi ocaqları və yaxud saxta “Ermənistanın sakral coğrafiyası” barədə
(I məqalə)
Qismət Yunusoglu,
Bakı Dövlət Universitetinin müəllimi
..1836-cı ildə (həmin ildə çar Rusiyası Alban Apostol kilsəsinin Erməni Qriqoriyan Kilsəsi tərəfindən idarə olunması barədə fərman vermişdir) Hindistanda yaşayan imkanlı iki hay-Mkrıtıç Murad və Eduard Rafael öz vəsaitləri hesabına İtaliyanın Venetsiya şəhərində hayəsilli uşaqlar üçün öz dillərində tədris edilən kollec açırlar. Sonralar bu məktəb “Erməni elmi-dini mərkəzi” kimi fəaliyyət göstərmiş və göstərməkdədir.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən böyük türkoloq Lev Qumilyov adına Avrasiya Mərkəzində həyata keçirilən “Bəyaz Hindistan” layihəsi adı altında rus pravoslav kilsəsinin nümayəndəsi Vyeçeslav Terexovun “Ermənistanın sakral coğrafiyası” adlı məruzəsi işıq üzü görmüşdür (2017). Bu keşiş həm də paytaxtın “Qırmızı qvardiya bulvarı, ev 1” ünvanındakı “Dünya səyahətçiləri klubu”nda bələdçilik edərək sifarişli təfəkkür nümunəsini uydurma məlumatlarının təbliğini də unutmayır.
Təbii ki, hay kilsəsinin “xeyir-duası” ilə. Müəllif “sakral coğrafiya” termininin izahını mistikaçı Y.V. Qolovinin təbirincə “müqəddəs yerlər, ziyarətgahlar, ruh ocağı” kimi vermişdir. Daha sonra, o, eşitdiyi mülahizələri ümumiləşdirərək bildirmişdir ki, qədim yunan mifologiyasına görə Afina şəhərindəki Panteonda 1-ci Allah hesab edilən Geya özü dünyanı nizamlayan və idarə edən olduğundan yer kürəsi onu adını (“geo”) daşıyır. Bu mülahizələr mövzumuza aid olmadığı üçün fikrimizi yayındırmayaq...
Qafqaz tarixinə, eləcə də Azərbaycanın qədim tarixi-coğrafiyasından bixəbər olan rus keşişi V. Terexov Ermənistan ərazisinin Moskva vilayətinin sahəsindən az olduğunu bildirsə də “Böyük Ermənistanın “sərhədlərini” də xatırlamağı unutmayıb. Çox maraqla bəyan edir ki, keçmiş SSRİ ərazisində bu cür zəngin müqəddəs, sakral mərkəzlərə malik region çətin tapılar və bu zənginliyi o, qədim yunan-Roma sakral mədəniyyəti ilə müqayisə edir O, Azərbaycanın qərb regionlarındakı (indiki Ermənistanda) adi bulaq və çeşmələri də sakral mənbələr kimi qiymətləndirir, hayların saxta təbirincə İrəvan şəhərinin əski yeri-Erebuni qalasının adını çəkir, guya əsasının urartulular tərəfindən qoyulduğunu deyir və İrəvan qalasını 17-ci əsrdə səlcuq türkləri tərəfindən tikildiyini xatırlamağı unutmur. Məqalədə qeyd edilir ki, Həzrəti-İsa Məsihin həvarilərindən olan Faddey və Varfolomey xristianlığı “Böyük Ermənistan” ərazisində yayıb və bu “dövlət”in torpaqları İsrail dövlətinin sərhədinə qədər çatırdı. Görünür ki, mərkəzləşmiş hay kilsəsinin sifarişli söz deyən rus keşişi V. Terexovun Qərbi Azərbaycan ərazisinin (indiki Ermənistan) “sarkal coğrafiyasının təsnifatında əsas məqsədi əski müsəlman-türk mənşəli dini-müqəddəs ocaqlarının hesabına qondarma Ermənistan dövlətinin saxta qədim tarixiliyin sübut etmək olmuşdur. Və ona xatırlamağı borc bilirik ki, Qərbi Azərbaycan ərazisindəki qədim Alban məbədlərini hay kilsəsi öz adlarına çıxaraq onları “Ermənistan sakra! coğrafiyasının nümunələri kimi verməkdən həyasızcasına çəkinməmişdir. Axı, V. Terexov bilməmiş deyil ki, Rusiya çarı I Nikolay Pavloviçin (1796-1855) “Rusiyada Erməni-Qroqoryan Kilsəsinin idarə edilməsi barədə” 11 mart 1836-cı il tarixli Fərmanı ilə Azərbaycan ərazisindəki Alban məbədlərinin idarəçiliyini Erməni Kilsəsinə həvalə etməklə indiki saxtakarlığın dövlət səviyyəsində əsasını qoyulmuşdur. Həmin mürtəce tarixi sənədin məzmununda deyildiyi kimi, I Nikolay bu fərmanla Qafqaz torpaqlarına kütləvi şəkildə köçürülən ermənilərə məxsus erməni kilsəsinin vəzifə, hüquq və vəziyyətinin tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu fərmana uyğun olaraq erməni köçkünlər və erməni kilsəsi Alban Avtokefal Kilsəsinin ləğv edilmiş məbədlərini (kilsələrini), maddi, yazılı nümunələrini (kitablarını), əmlakını və ibadət-ayin təlimlərini ələ keçirməyə nail olmuşlar. Nəticədə, Alban mədəni-tarixi, dini (ruhani) və maddi irsi, eləcə də, Alban əhalisi (əski türk qövmü) total şəkildə erməniləşdirilməsinə təkan verilmişdir. Bununla da, Qafqazda yerləşən Alban məbədləri və etnik varlığı üzərində saxta “qədim erməni” tarixi və mədəniyyəti boy vermişdir.
Bu baxımdan ən qədim Qafqaz Alban kilsəsi də Şərqi Azərbaycanın Şəki şəhəri yaxınlığındakı Kiş kəndindəki müqəddəs Yelisey məbədidir (eramızın I əsrində xristianlığın təbliğatçıları olmuş müqəddəs Vorfolomeyin və müqəddəs Apostol Faddeyin həvarisi müqəddəs Yeliseyin fəaliyyətlərinə nümunə kimi). Bu cür məbədlər Qərbi Azərbaycanını Şəki, Sünni, Gorus, Üçmüəzzin... nahiyələrində də az tikilməmişdir (eramızın l-VII əsrlərində).
Qərbi Azərbaycan ərazisindəki müqəddəs ziyarətgah, ocaq, dini məbədlərin etno-morfo mənşəyi barədə tarixi-coğrafi bilgisi olmadan həmin “sarkal yerləri” yanlış olaraq indiki Ermənistanın adına bağlaması V. Terexovun həm də Qərbi Azərbaycanın kökənli müsəlman-türk əhalisinin milli-etnik xüsusiyyətləri ilə tanış olmaması ilə bağlıdır. Və keşiş V. Terexov yəqin ki, ondan da xəbərsizdir ki, hay kilsəsi başda olmaqla hay-daşnak ibtidai insan sürüsünün şüur təkamülü işğal etdikləri (həm əvvəllər, həm də indi) və zorla məskunlaşdıqları Azərbaycan ərazilərinin sarkal zənginliyindən mənşəyindən uzaq olduğu üçün hələ də barbar, vəhşi düşüncə və həyat tərzi ilə ifadə olunur. Əks halda bu qədər zəngin sarkal ocaqları özlərinə doğma hesab edən hay sürüsünün mənəvi-düşüncə təkamülünə və əqli-psixoloji yetkinliyinə təkan vermiş olardı. Təbii ki, bu ocaqlar müsəlman-türk mənşəli olduğu üçün hay qəbilə-tayfa sürüsünün mənəvi dünyagörünüşünə təsir edə bilməz. Hay kilsəsinin çoxşaxəli cəhdlərinə baxmayaraq Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki müqəddəs dini ocaqların, ziyarətgah məbədlərinin adlarının dəyişdirilməsi, “erməni sarkal coğrafiyası”na aid təsnif edilməsi, uzun illər ərzində hay ocaqları kimi dünyaya tanıdılması hay kilsəsinin davamlı və xəyanətkar əməllərinə bariz nümunədir.
Qərbi Azərbaycan ərazisində zəngin sayda dini-ibadət və müqəddəs ocaqlarının (məbəd, türbə, qəbir yerləri, bulaq...) yayılması bölgənin tarixi-coğrafi keçmişi ilə bağlı olsa da, kökənli müsəlman-türk əhalisinin ruhani dünyagörünüşünün duyğusal məzmunu və tarixi keçmişini özündə əks etdirir. Bölgənin əksər yer adlarının (toponimlərinin) etnogenezisində sakral məzmunun ifadəsi məhz bu amili özündə ifadə edir.
Bu baxımdan Qərbi Azərbaycanın Cənubi Azərbaycanla həmsərhəd olan, Araz çayının sol hissəsində yerləşən Mehri nahiyəsinin Əlidərəsi kəndinin adı (“Əli bəndi” mənasında) xüsusi maraq doğurur. Bu toponim əski mistik-dini inanc və xalqın ruhani düşüncə tərzinin ruhu əsasında - imam Həzrəti Əlinin adını özündə yaşadır (birinci imamımız guya həmin daş parçası üstündə oturmuş, Araz çayının suyu ilə dəstəmaz almışdır). Əlidərəsi kəndinin adının dini-irfani məzmunu barədə kənd sakini Kərbəlayi Allahyar Abbasqulu oğlu (1828-1943) olduqca ətraflı və dolğun məlumat vermişdir.
Kəndin adına layiq el bayatısı indi də yaşamaqdadır:
Əzizinəm, Əlidərəyə,
Güllərin əli dərəyə.
Cənnət görmək istəyən,
Qonaq gəl, Əlidərəyə.
Çayın sahilində, kəndin kövşənində olan bu iri daş parçası müqəddəsliyə nişanə olmaqla ətraf kənd sakinlərinin həm də ziyarətgahına çevrilsə də, 1940-cı illərdə Ələt-Culfa dəmiryolunun çəkilişində o daş oradan götürülmüş və bölgədə sarkal ocağımızın sayı azalmış və kənd Aldərə adlanmışdır.
Həmin illərdə isə (1942-1943-cü illərdə) Əlidərəsi kəndinin 10-12 km aralıda istifadə etdiyi Zəngəzur dağlıq silsiləsinin şərq ətəklərindəki “Əbgas” yaylağında ( 40-50 evlik haylar yaşayan Əbgas kəndinin aşağı hissəsində) hay keşişləri kilsə tikmişlər. Bu kənddən 2-3 km cənuba (Əlidərəsi kəndinə tərəf) “Əlvana” meşə talasında da hayların bir kilsələri vardı. Eləcə də, “Əbgas” yaylağından “Meydan gədiyi”nə gedən yolun üstündəki talada da1950-ci illərdə hay kilsəsi inşa edildi. Faciəvi hal odur ki, o illərdə haylar daha sonra 30-40 müsəlman-türk ailəsi yaşayan Tas kəndinin ortasında da kilsə inşasına imkan tapmışdılar. Bu kənd eyni adlı yay otlağına bitişik idi, orada göz yaşı kimi, bumbuz “Pişpişə bulağı” axırdı.
Əlidərəsi kəndi təqribən 1 km-də 15-20 hay ailəsi yaşayan Malev kəndi ilə bir təsərrüfatda (“Partiyanın XVIII qurultayı” adına kolxoz) idi. Bu kənddə V-VI əsrə aid qədim Alban məbədi var idi, onlar yaylaqda da kilsə tikmişdilər. Əlidərəsi kəndinə məxsus “Meydan gədik” yaylağında qədim yurd yerlərinin qalıqları və qəbirstanlıq hələ də qalırdı. Kəndin “Pir çinarı” adlı yoxuşunun üstündə (200 m aralıda) “İyis piri” müqəddəs ocaqlardan sayılırdı, ziyarət olunurdu. Orada qədim yurd yerləri və qəbirstanlıqla yanaşı yaşı 500 ildən çox olan əzəmətli çinar ağacı ucalırdı, yuxarıya doğru qalxdıqca “Gəray yeri”, Xəlləlcə”, “Meydan gədik” və “Düz yaylağı” yerləşirdi. Daha sonra, “Girvə yoxuşu”nu keçdikdən sonra Sultan Seyid Əhməd pirinə yetişmək olurdu. Dağın günbatan səmti isə Ordubad nahiyəsinin əraziləri idi.
Növbəti yazımızda Mehri nahiyəsinin digər kəndlərində olan müqəddəs ziyarətgah və dini ocaqlarımız barədə məlumat veriləcək.
(Yazının hazırlanmasında Qərbi Azərbaycanın Mehri rayonu, Əlidərəsi kənd sakini Nargilə İmaməli qızının (1929) söyləmələrindən İstifadə edilib.)
