Qərbi Azərbaycan

Tanaat məbədi

Tanaat məbədi

Tanaat məbədi Qarakilsə nahiyəsinin Ərəfsə kəndi ilə Təzəkənd kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim xristianlığın ilk dövrlərinə (IV-V əsrlərə) aid olan alban məbədi yarıdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qırmızı kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə, bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur. “Sünik tarixi” əsərinin müəllifi Stepan Orbeliana görə isə məbəd 491-ci ildə tikilmişdir. Məbədin ətrafında XIII-XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır.