Qərbi Azərbaycan

Qərbi Zəngəzurun coğrafi şəraiti  və tarixi keşmişi

Olaylar. - 2021. - 3-9 dekabr. - № 125. - S. 17.

 

Qərbi Zəngəzurun coğrafi şəraiti  və tarixi keşmişi

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi 

 

Zəngəzur qağlıq silsiləsinin (Qapıcıq zirvəsi, 3285 m) şərq yamaclarından başlayan Oxçuçay (uzunluğu 85 m), Mehriçay (70 km)  və mənbəyi Qarabağ yaylasının qərb hissəsində, 3062 m yüksəklikdə Zalxa gölünə düşən Bərgüşad (və ya Bazarçay, 178 km) çayları hövzəsini, Xustup dağı (3206  m), Mehri dağ silsiləsini... əhatə edən əski Qərbi Zəngəzurun təbii-coğrafi şəraiti qədim Türk-Müsəlman yurd birliyi olmaqla, etimoloji maddi-mənəvi irsimizin ən azı 10-15 min illik tarixini özündə yaşadan təbii və sakral ocaqlarla zəngindir.

 

Strateji əhəmiyyətli coğrafi mövqeyi-şəraiti və zəngin tarixi keçmişi olan Qərbi Zəngəzur (Zəngəzur dağlıq silsiləsinin şərq yamaclarından Həkəri çayı yatağınadək olan Gorus, Qarakilsə, Qapan, G(ü)ecalan, Mehri nahiyələri və kəndləri) nəinki ölkəmizin və xalqımızın, eləcə də Türk-Müsəlman dünyasının milli, mənəvi və maddi dəyərlərini bir neçə  on minilliklər qoruyub-saxlamaqla yanaşı, əski tarixi-coğrafi və sakral mədəniyyətimizin yurdu-yatağı olmuşdur (Qazangöl dağında Gəmiqayası-Yağlı dərə milli, mənəvi-sakral abidəsi, Yuxarı Gilətağ kəndindən 5 km şərqə doğru Qğlanca dağı və Qala tikililəri, qərb istiqamətdə Qırxlar dağı (Baharlı kəndindən 15 km şimal-qərbə) və Qırxlar piri (Dərməzür çayının yuxarı axarlarındakı "Qar yalı" yüksəkliyində, XI-XII əsr yaşlı, "Pir" qədim türkcə "Ulu", "Böyük" mənasındadır), Yuxarı və Aşağı Gilətağ kəndləri arasındakı "Çiləkli yurdu"ndakı Qız qalası (X-XI əsrə aid dairəvi daş tikili, hündürlüyü 15 m, 1988-ci ilədək qalırdı), Sünik düzündə Babəkin təlim düşərgəsi, Cıbıllı kəndində minillik yaşa çatan əski qəbirstanlıq, qədim Hun mənşli toponimlər, Şumer yazılı abidələrinin Nüvədi ləhcəsində leksik-qrammatik izahı, Qapan şəhərindən 5 km aralı, Oxçuçay sahilindəki X əsr yadigarı "Əlidərəsi qalası", Oxçu kəndində Pir Həmzə ocağı, Gərd kəndinin şərqində VII əsrə aid Alban məbədi, Açaqu kəndundə "Qız qalası", qədim Alban məbədi və Alban əlifbası ilə yazılı qəbirlər...). 

Qədim sivilizasiya mərhələsinin (4-5 min illik tarixə malik) yazı nümunəsi kimi mixi əlifbasına uyğunluğu tədqiqatşı Tariyel Vəli oğlu Azərtürk (1950) "Tərvənit nəğmələri" əsərində təhlil etmişdir. Bir cəhəti qeyd etmək lazımdır ki, Mehri nahiyəsinin Nüvədi kəndinin ilk ali təhsilli həkimi və 1992-ci il avqustun 8-də kəndi sonuncu tərk edən Aydın Allahverdi oğlu Cəfərovun (1938-2008) "Uzaqlarda bir kənd var..." (2010), eləcə də alim-tədqiqatçı Əhmədəli İsmayıl oğlu Əliyevin (1925-2011) "Mehri rayonunun Azərbaycan dili və şivələri" və "Nüvədi kitabələri" kitablarında ümumilikdə Zəngəzur bölgəsinin dil-şivə və danışıq-dialekt irsinin etimoloji tərkibinin toplanmış nümunələrlə fonetik təhlili, tarixi, sakral daş abidələrinin mənşəyi izah edilmişdir. Göründüyü kimi, bu nümunələr, danışıq tərzi digər bölgələrimiz üçün də (Gəncə-Qazax, Aran, Şirvan-Qobustan...) doğma olduğundan Oğuz-Türk dilinin bütövlüyü bir daha Bütöv Azərbaycanın doğudan batıya uzanan sərhədlərini bir daha aydın göstərir: "abı"- açıq mavi, bənövşəyi rəng; "arxac"-yataqda heyvan saxlanılan yer; "bışqı"- mişar, kəsici alət; "beş-daş"- el arasında yayılan oyun növü; "bir hovur"- azacıq vaxt; "şaqqıldaq"- qoyunun kirli, samralı yunu; "paxır"- eyib; "təşər"-lovğa, özündən razı...                                                                                                                                                                                       

Hətta bölgənin bütün coğrafi landşaft örtüyünün adı-ünvanı da sırf Türk-Müsəlman irsinin doğmalığını yaşadır, adında, tarixi keşmişində, eləcə də müasir durumunda.

Yerli, kökənli Oğuz-Sak tayfalarına qarşı hay-rus və ingilis hərbi birləşmələrinin XX əsrin əvvəllərində yaşatdıqları soyqırım faciələri hələ də yaddaşlardan silinməmişdir - "Gığı dərəsi" boyunca yerləşən kəndlərdə, G(ü)ecalan, Qatar və Gorus şəhərlərində... həmin  qırğınlar zamanı tökülən qanlar, ərşə ucalan ah-nalələr bu yurdun, bu ocağın, hər qarış torpağının...sinəsində pozulmaz izlərə, nişanəyə çevrilmişdir. Amansız düşmən bu tarixi izi silməyə nə qədər cəhd göstərsə də, Tarix və Zaman, eləcə də Türk-Müsəlman xalqı ona imkan verməmiş və bir daha verməyəcəkdir.

Çünki bu torpaqlarda təkcə 1918-1920-ci illərdə Şəhid olan soydaşlarımızın və 1920-1990-cı illərdə məcburi köçürülənlərin sayı 1,5 milyon nəfərdən çox olmuşdur. Xalqımıza qarşı hay kilsəsi tərəfindən yaşadılan bu kimi kütləvi, amansız qətliam-soyqırım faciələrinin tarixi keçən yüzilliklərə (XVIII-XIX əsrlərə) qovuşur. Və yaxud, 1905-ci ilin avqust-oktyabr ayları ərzində Qapan-Gorus nahiyələriunə hay-kazak quldur dəstələrinin hücumu nəticəsində 15 kəndin əhalisi bütünlüklə qətliam edilmiş, bu qanlı olay 1906-cı ilin yayında da təkrarlanmışdır. Həmin faciələri arxiv məlumatları və şahidlərin söyləmələri əsasında görkəmli yazıçımız M.S.Orubadi (1870-1950) "Qanlı sənələr" romanında ürək ağrısı ilə təsfir etmişdir.

Təkcə 9 -15 avqust 1906-cı iı tarixdə Xələc, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şabadin, Atqız, Pir Cavidan, Zurul, Gülmən, İyilli, Senalı, Minqenevur (bu ad "Mingəçevir" toponimi ilə eynilik təşkil edir), Fərcan, Qalaboynu, Əcəbli və Buğacıq kəndləri yerlə-yeksan edilmiş, kəndlər qarət edilərək oda qalanmış, 2000 nəfərə yaxın dinc sakini isə amansızlıqla qətlə yetirilmişdir. G(ü)ecalan-Qatar nahiyələrində əhalinin sıx yaşaması ("min evli"-Oxçu kəndi) hay-daşnak hücumlarının əsas hədəfi olmuş, 1905-1918-ci illərdə onlara yaxın Karxana kəndi (50-60 evli) də bu faciələri yaşamışdır. Bu hücumlardan qurtulan bölgə əhalisinin bir hissəsi Ordubad nahiyəsinin Yuxarı Əylis, Kələki, Anaqut, Nurgüt, Xurs, Nəsirvaz kəndlərinə (Qapıcıq zirvəsinin (eyni adlı dağ Krım yarımadasında, Yalta şəhəri yaxınlığında da ucalır) qərb hissəsinə, Qazangöl dağının qarlı-sıldırımlı aşırımlarını, dolaylarını keçərək getmişlər), bir hissəsi isə Zəngilan nahiyəsinin kəındlərində sığınacaq tapmışlar.

Həmin dövrdə Yuxarı Əylis və ətraf kəndlərdə yuva qurmuş hay-daşnak sürüsünün silahlı quldurları kəndin çaysahili hissəsində uzun anbar binasına camaatı yığıb (200 nəfərə qədər) hamısını qətlə yetirmişdilər, bu bina 1960-cı ilədək qalırdı.

Nahiyənin Cıbıllı kəndinin 3-5 km-dəki Almalıq kəndinin 1918-1920-ci illərdə hay-daşnak hücumlarının izləri-15-20 yurd yeri keçən əsrin sonlarınadək qalmaqda idi.

XX əsrin əvvəllərində Zəngəzur bölgəsinin Qapan nahiyəsində 97 Türk-Müsəlman kəndi olsa da, hay kilsəsinin və hay-rus siyasətinin yürütdüyü milli-irqi ayrı seçkiliyinin nəticəsində (kəndlərin boşaldılması, əhalinin köçürülməsi, yer adlarının dəyişdirilməsi) 1960-cı illərin əvvəlində bu kökənli kəndlərin sayı məqsədli şəkildə 47-yə çatdırılmış, azaldılmışdır.

Keçən yüzilliyin əvvəlində, 1906-cı iıln dekabrında bölgənin Şamlı, Dondurlı və Qubadlı kəndlərində yolxucu xəstəliyin yayılması da müşahidə edilmişdir.

Mürtəce və dinsiz hay kilsəsi başda olmaqla birləşmiş düşmən qüvvələrinin XIX əsrin sonu, XX əsr ərzində Qərbi Zəngəzur bölgəsinə fasiləsiz hücumları, qəsdləri yerli Türk-Müsəlman əhalisinin soyqırımı, maddi-mədəni, dini-mənəvi irsinin qarət və məhv edilməsi... kimi xəyanətkar əməllərinə rəvac vermiş, çox təəssüf ki,bu azğınlaşmış niyyətlərinə çata bilmişlər. Və ilk növbədə hədəfə aldıqları yenə Türk-Müsəlman dünyasının təbii sərvətləri, etnomilli irsi və geosiyasi mövqeyi-geoiqtisadi şəraiti olmuşdur:

-bölgənin minilliklər boyunca yaranan Türk-Müsəlman mənşəli kəndlərinin yer üzündən yox edilməsi, boşaldılması və yaxud xarici ölkələrdən köçürülən hay sürüsü tərəfindən məskunlaşdırılması;

-bölgə Türk-Müsəlman dünyasının dini-sakral, ruhani-irfani ocaqlarının (Nuh peyğəmbərin gəmisinin izinin və quruya çıxdığı yerin Naxçıvanla Zəngəzur dağlıq silsiləsi sərhəddində ziyarət ocağı kimi minilliklər boyunca qorunub saxlanılması) hay kilsəsi tərəfindən "erməniləşdirilməsi"və bu dini-mənəvi irsin təsiri ilə yaranan yer adlarının (toponimlərin) yaddaşlardan və xəritələrdən silinməsi; 

Mehri dağlıq silsiləsinin şimalında yerləşən G(ü)ecalan və Oxçu, Bazarşay şayları arasında olan Qapan şəhərlərinin yaranma tarixi barədə və bu toponimlərin mənşəyi haqda bəzi məlumatlar hay kilsəsinin mürtəce fəaliyyəti və hay sürüsünün xisləti barədə yetərli bilgi yaradır.

1903-cü ildə çar Rusiyasının Qafqaz Hərbi dairəsinin Hərbi Geodeziya şöbəsi Tiflis şəhərində "Cənubi Qafqaz" xəritəsini çap etdirərkən indiki Qapan şəhəri göstərilməyib, çünki bu yer mədən ərazisi olub, elə xalq arasında 1950-ci ilədək "Mədən"adlanıb. Ərazidə zəngin filiz yataqları olduğundan XIX əsrin sonlarında həmin ərazidə misəritmə zavodu tikilmiş, sonra ingilis-fransız şirkətləri də burada fəaliyyət göstərmişlər. Çıxarılmış filiz və ərinti məhsullarını çəkmək üçün həmin yerdə (indiki Qapan şəhərinin kənarında, 2 km aralıda Sığınaq kəndinin yerində) 3 ədəd qapan tikilmişdir (araları 8-10 m olmaqla). Və nəticədə ərazi yaşayış məntəqəsi kimi yarananda ona Qapan adı verilmişdir. Oxçu çayının sahilində, Qapan şəhərinin mərkəzi hissəsində 1950-ci illərədək filiz tullantılarının, qapanda çəkiləcək məhsulların qalıqları topa-topa, qalaqlanmış şəkildə qalırdı. O illərdə haylar qədim qapanları dağıdaraq yerində göl saldılar.

Bu səbəbdən yuxarıda adı çəkilən 1903-cü il xəritəsində indiki Qapan şəhərinin adı Karxana kimi qeyd edilmişdir. 1938-ci ildən sonra şəhər olmaqla, yaxınlıqdakı Türk-Müsəlman Sığınaq kəndi də ona birləşmiş və həmin kənd ləğv olmuş, xəritədən silinmişdir.

Qərbi Zəngəzurun Oxçu və Bazarçay çaylarının qovuşduğu yerin (indiki Qapan şəhərinin şərq hissəsi Sünik düzü adlanır) coğrafi mövqeyi geniş, hamar, eləcə də alçaq hündürlüklü təpəliklərdən ibarətdir. "Oxçu" hidronimi çayın sürətlə, "ox kimi axması" mənasına uyğun olmaqla yanaşı, həm də həmin ərazidə ta qədimlərdən metal ucluqlu mizraqların, oxların daha çox hazırlanmasına bir toponimik işarədir. Bu baxımdan "Sünik" orotoponimi də həm də silah (süngü) hazırlanan yer mənasına daha uyğundur. Çünki, bu yerlər  həmişə hərbi-döyüş təlimlərinə, cəng-savaş meydanlarına sinə açmış, ünvan olmuşdur.

 

1966-1967-ci illərdə Qapan-Gorus yolu üstündə "Sünik" sovxozu (meyvəçilik, taxılıçılıq, heyvandarlıq üzrə) yaradılaraq Cənubi Azərbaycandan haylar köçürülərək burada yerləşdirilmişdir.

Zəngəzur bölgəsi Türk-Müsəlman dünyasının tarixi-coğrafi keçmişini özündə yaşatdığı kimi, maddi-mənəvi irsinin zənginliyi baxımından da Bütöv Azərbaycanın ayrılmaz ərazi hissəsi kimi Vətən dəyərini qoruyub saxlamaqdadır.

(Yazının hazırlanmasında həm də Zəngəzur bölgəsinin Qapan nahiyəsinin Baharlı kənd sakini Heydər İsmixan oğlu Dünyamalıyevin (1939) və Müsəlləm kənd sakini Sabir Hilal oğlu Hüseynovun (1951) məlumatlarından istifadə edilmişdir.)